Xankəndidə 50 milyon dollarlıq BÖHTAN


Siyasət 11 Yan 2023 00:11:00 378 0

Xankəndidə 50 milyon dollarlıq BÖHTAN

"Xankəndidə guya ərzaq böhranının yaşanması və orada talon sisteminin tətbiq edilməsi ilə bağlı qondarma qurumun nümayəndələri tərəfindən verilən bəyanat bölgəmizdə vəziyyətin normallaşmasına qarşı birbaşa Ermənistan hakimiyyətinin diqtəsi ilə aparılan pozuculuq, təxribat kampaniyasının tərkib hissəsidir".

Bunu Son.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistanın hədəfi bölgəyə özünə sərf edən müəyyən beynəlxalq missiyaların gəlişinə şərait yaratmaqdır:

"Hər kəs bilir ki, qondarma rejimin nəzarəti altında olan ərazilərdə nəyinki ərzaq böhranı ilə bağlı çətinliklər yoxdur, hətta üstəlik onlar özlərinin separatçı hərəkətlərini dünyanın müxtəlif bölgələrində dəstək qazanmaq üçün milyonlarla pul xərcləyirlər. Əgər doğrudan da orada vəziyyət bu dərəcədə ağırdırsa, bu günlərdə həmin Ruben Vardanyan və özlərinə münasib digər beynəlxalq televiziya və media strukturlarında geninə-boluna müsahibələri hansı vəsaitin hesabına əmələ gətiriblər?! 

Əgər doğrudan da Xankəndidə vəziyyət bu dərəcədə ağırdırsa, o zaman Vardanyan aylar öncə Xankəndinə gələndə verdiyi o yekə-yekə bəyanatların mənası nədən ibarət idi? Vardanyan demirdimi ki, "Mən Xankəndiyə buradakı erməni əhalisini xilas etməyə gəlmişəm"? Xilas etməyə gələn və rus xalqından oğurladığı milyardların hesabına başından böyük bəyanatlar verən Vardanyan bu gün nə əcəb həmin vəsaitlərini Xankəndidə insanların vəziyyətini yüngülləşdirmək üçün sərf etmək istəmir?! 

Məsələ burasındadır ki, Xankəndidə vəziyyət heç də Ruben Vardanyanın dediyi kimi ağır deyil. Əgər ağır olsaydı, guya Laçın yolunun ətrafında Azərbaycanın yaratdığı blokadanın mahiyyətini dünyaya çatdırmaq üçün bütün dünya mediasına 50 milyon pul xərcləyib, xüsusi bir kampaniya başlatmazdılar. Bütün bunlar onu göstərir ki, Ermənistanın və qondarma rejim nümayəndələrinin məqsədi heç də orada vəziyyəti erməni xalqının gün-güzəranını yaxşılaşdırmaqdan ibarət deyil. Məqsəd bölgəmizdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin getməsinə imkan verməməkdir. 

Hər kəs başa düşür ki, Ermənistan bu gün nə sərhədlərin delimitasiyası üzrə danışıqların getməsində maraqlıdır, nə də sülh sazişinin imzalanmasında. Onların məqsədi nə olursa-olsun normal dinc prosesləri dayandırmaq və bölgədə gərgin bir vəziyyətin mövcud olduğu barədə müəyyən beynəlxalq qüvvələrə mesajlar verməkdən ibarətdir.

Ermənistan əgər bu gün Laçın yolunda Azərbaycanın beynəlxalq hüquq normalarına və dövlətin suveren maraqlarına uyğun apardığı bu aksiya ətrafında belə hay-küy kampaniyası başlayıbsa, bu, Ermənistanın uzaq gedən məqsədlərindən xəbər verir. Ermənistan istəyir ki, bütün dünyaya guya Azərbaycanın Xankəndini humanitar blokadaya aldığı barədə bir görüntü yaratsın və bununla da Qarabağla bağlı sülh sazişinin imzalanması və sərhədlərin dəyişdirilməsi üzrə normal danışıqların başlamasına maneçilik törətsin. 

Ermənistanın hədəfi bölgəyə özünə sərf edən müəyyən beynəlxalq missiyaların və Fransa kimi onun mövqeyini birmənalı dəstəkləyən dövlətlərin qüvvələrin gəlişinə şərait yaratmaqdan ibarətdir. Bütün bunlar Ermənistanın bölgədə sülh sazişində sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı olmadığını bir daha sübut edir. 

Əlbəttə, bu proseslərin sonunun necə olacağı ilə bağlı fikir söyləmək çətindir, amma sülh danışıqlarına belə bir vəziyyətin necə təsir göstərəcəyinə gəldikdə isə artıq sülh danışıqları pozulur. Artqı xeyli vaxtdır ki, nə sülh sazişinin imzalanması üzrə danışıqlar çərçivəsində görüşlər var, nə də sərhədlərin delimitasiya olunması üzrə işçi qruplar səviyyəsində hansısa bir görüşdən söhbət gedə bilər. 

Onsuz da Ermənistanın məqsədi elə bu prosesləri pozmaq idi və bu pozulmuş proseslərin üstündə Ermənistanın indi növbəti hədəfi müəyyən beynəlxalq missiyaların bölgəyə gətirilməsinə, hətta Fransanın və BMT-nin nəzarətində olan "sülhsevər" qüvvələrin bölgəyə gətirilməsinə qədər Ermənistan pozucu və təxribatçı bir hədəfi güdür. Məhz buna görə də guya Xankəndidə bu gün aclığın başladığı talon sisteminin tətbiq olunduğu barədə görüntü yaratmağa çalışır ki, bu da sülh prosesinə qarşı və Azərbaycanın sülhsevər siyasətinə qarşı çevrilmiş tərxribat əməlindən başqa bir şey deyil".

Təhməz Əsədov Son.az

Günün qoroskopu: Səhhətinizə fikir verin like
  • 11 Yan 00:01  
Digərləri Günün qoroskopu: Səhhətinizə fikir verin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
100dən çox qadının intim fotolarını çəkən məktəb direktoru like
  • 10 Yan 23:57  
Dünya 100dən çox qadının intim fotolarını çəkən məktəb direktoru

Türkiyənin İstanbul şəhərində məktəb direktoru ictimai yerlərdə gizli

arrow Ətraflı
Kimləri özümüzə dost tutaq... like
  • 10 Yan 23:55  
Digərləri Kimləri özümüzə dost tutaq...

Həzrət Əli(ə) - "Hikmət sahibləri ilə yol yoldaşı, alimlərlə hə

arrow Ətraflı
Türkiyədə zəlzələ like
  • 10 Yan 23:54  
Dünya Türkiyədə zəlzələ

Türkiyənin Muğla şəhərində zəlzələ baş verib.

arrow Ətraflı
Azərbaycanda xəstəxananın şöbə müdiri like
  • 10 Yan 23:51  
Digərləri Azərbaycanda xəstəxananın şöbə müdiri

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Ca

arrow Ətraflı
Qəlbin halətləri və saflaşdırlması like
  • 10 Yan 23:50  
Digərləri Qəlbin halətləri və saflaşdırlması

Qəlbini moizə və nəsihətlərlə dirilt, zöhd və pəhrizlə öldür, yəqi

arrow Ətraflı
Öskürəyin qarşısını alan sınanmış təbii vasitə like
  • 10 Yan 23:45  
Digərləri Öskürəyin qarşısını alan sınanmış təbii vasitə

Payız-qış fəsillərində insanlar tez-tez soyuqdəymə xəstəliklərinə tu

arrow Ətraflı
Təvəkkülün insan həyatındakı əhəmiyyəti like
  • 10 Yan 23:40  
Digərləri Təvəkkülün insan həyatındakı əhəmiyyəti

Təvəkkülün insan həyatındakı əhəmiyyətli rolunu, təvəkkül haqqında

arrow Ətraflı
Ərdoğan əlini öpən uşağa xərclik verdi  FOTO like
  • 10 Yan 23:38  
Dünya Ərdoğan əlini öpən uşağa xərclik verdi FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlini öpən uşağa xərclik ver

arrow Ətraflı
Röya 10 il sonra yenidən bunu etdi like
  • 10 Yan 23:37  
Şou-biznes Röya 10 il sonra yenidən bunu etdi

Xalq artisti Röya Ayxan 10 il sonra yenidən eyni mükafatı qazanıb.

arrow Ətraflı
Keçmiş prezident xəstəxanaya yerləşdirildi like
  • 10 Yan 23:36  
Dünya Keçmiş prezident xəstəxanaya yerləşdirildi

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro Amerika xəstəxanalarından bi

arrow Ətraflı
Bu cür yatanlar özlərini təhlükəyə atır like
  • 10 Yan 23:35  
Digərləri Bu cür yatanlar özlərini təhlükəyə atır

Mobil telefonu gecə yastığının altına qoyub yatanlar özlərini potensial

arrow Ətraflı
Lerik sakini yük avtomobilinin altında qalaraq like
  • 10 Yan 23:33  
Digərləri Lerik sakini yük avtomobilinin altında qalaraq

Lerikdə ölümlə nətcələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Hərəkətdə olan yük qatarında like
  • 10 Yan 23:32  
Digərləri Hərəkətdə olan yük qatarında

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarında yanğın

arrow Ətraflı
Əməkdar artist atasını itirdi like
  • 10 Yan 23:31  
Şou-biznes Əməkdar artist atasını itirdi

Əməkdar artist Lalə Məmmədovaya ağır itki üz verib.  

arrow Ətraflı