Qəlbin halətləri və saflaşdırlması
Digərləri 10 Yan 2023 23:50:00 400 0
Qəlbini moizə və nəsihətlərlə dirilt, zöhd və pəhrizlə öldür, yəqinlə gücləndir, hikmətlə işıqlandır." (Nəhcül-bəlağə".)
Əmirəl-mömininin İmam Əli(ə) ömrünün sonunda övladı imam Həsənə (ə) vəsiyyətin bu hissəsində əsas mövzu insan qəlbidir. İnsanın islahı, tərbiyəsi onun qəlbinin islahından, tərbiyəsindən ibarətdir.Əslində insanlıq sırf qəlblə bağlı bir həqiqətdir. Allaha yaxınlaşmaq istəyən insan hədəfə doğru qəlb yolu ilə hərəkət etməlidir. Paklanmaq istəyən insan öncə qəlbini paklamalıdır. İnsan həyatında əsas rol oynayan məhz onun qəlbidir.
QƏLBIN DIRILMƏSI VƏ ÖLÜMÜ
Tələb olunan budur ki, qəlb diri saxlanılsın. Qəlbin ölümü insan üçün olduqca böyük fəlakətdir. Amma qarşımızdakı vəsiyyətnamədə qəlbin həm dirildilməsi, həm də öldürülməsi tapşırılır: "Qəlbini moizə və nəsihətlə dirilt, zöhd və pəhrizlə öldür." Məgər qəlbin öldürülməsi də yaxşı bir iş ola bilərmi? Bəli, bəyənilməyən həyat tərzinin ölümü çox yaxşı işdir. İnsan qəlbi ikiüzlü sikkə kimidir. Onun bir üzünə baxmaq üçün o biri üzünü qapamalısan. Qəlbə aid olan meyl və istəklər həm ilahi ola bilər, həm də heyvani. İnsanı kamala aparan meyllər ilahi, onu alçaldan meyllər heyvanidir. Heyvani şəhvətlər, şeytani istəklər, insanı uçuruma sürükləyən əmmarə nəfs hökmən öldürülməlidir. Bu meyllərin öldürülməsinə, əmmarə nəfsin insana hakim olmasına yol verilməməlidir. Bu meyllər hökmən öldürülməlidir. Əks-təqdirdə insanın tərəqqisinin qarşısı alınacaqdır. Əslində həmin meylləri öldürmək yox, kamilləşmə istiqamətinə yönəltmək lazımdır. Onlardan təkamül məqsədi ilə istifadə olunmalıdır. Əgər insan öz heyvani istəklərini doyurmaq üçün ifrata varsa, bir çox başqa mənfi qüvvələr də canlanacaq, insanı oda çəkəcək. Ona görə də bu meyllər söndürülməlidir. Həzrət (ə) "qəlbi öldür" deyərkən məqsədi qəlbdəki heyvani hisslərin öldürülməsi olmuşdur.
Biz həyat dedikdə hərəkət və fəaliyyət nəzərdə tuturuq. Dirilik nəzərimizdə nəfəs almaq kimi canlanır. Bir canlı dayanıb, nəfəs dərmədikdə onu ölmüş hesab edirik. Amma qəlbin diriliyi dedikdə xüsusi bir fəallıq nəzərdə tuturuq. Demək, bəzi fəaliyyətlər nəinki dirilik sayılmır, hətta həmin fəaliyyətlərə görə qəlb ölü hesab olunur. Yalnız insanın kamilliyinə xidmət edən fəaliyyətlər dirilik nişanəsidir. Şəhvət odundan hərəkətə gələn fəaliyyətlər isə hökmən buxovlanmalı, məhv edilməlidir.
QƏLBIN DIRILIK AYINI
Qəlbin dirilik və ölülüyündən danışdıqdan sonra bu işin hansı yolla həyata keçməsini bilmək faydalı olardı. Qəlb hansı yolla dirilə bilər, heyvani hisslər hansı yolla aradan qalxar? Bu məqsədlərə necə çatmaq olar?
Payız-qış fəsillərində insanlar tez-tez soyuqdəymə xəstəliklərinə tu
Təvəkkülün insan həyatındakı əhəmiyyətli rolunu, təvəkkül haqqında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlini öpən uşağa xərclik ver
Xalq artisti Röya Ayxan 10 il sonra yenidən eyni mükafatı qazanıb.
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro Amerika xəstəxanalarından bi
Mobil telefonu gecə yastığının altına qoyub yatanlar özlərini potensial
Lerikdə ölümlə nətcələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarında yanğın
Onurğa fəqərələrdən ibarətdir. Bu fəqərələrin arasında disklər yerl
Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A
Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da bi
Rusiyalı alim Aleksandr Qinzburq hazırda Rusiyada, eləcə də bizdə aktiv ol
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1995-ci il təvəllüdlü