"Azərbaycanda qadınla kişi niyə hotellərdə görüşməsin ki?"
Digərləri 10 Yan 2023 23:00:00 359 0
Xəbər verdiyimiz kimi, kulturoloq Aydın Xan Əbilov işlətdiyi fikirlərlə canlı yayımda qalmaqal yaradıb. "Ümid ilə gəl" verilişində ekspert qismində əyləşən kulturoloq qadınla kişinin hotelə getməsinin normal olduğunu bildirib. Onun bu fikri birmənalı qarşılanmayıb.
Bu xəbəri də oxu: Hökümə Əliyevanın yaşadığı evin qarşısı... VİDEO
Son.az musavat.com-a istinadən bildirir ki, yazıçı-kulturoloq Aydın Xan Əbilovun dediyinə gorə, o, Azərbaycan cəmiyyəti üçün yeni bir fikir söyləməyib:
"Verilişdə əsaslandırdığım fikirlər var, çünki canlı efir idi, orada nəyinsə kəsilmə imkanı yox idi. Mən orada bildirdim ki, sivil dünyada qəbul edilmiş həyat tərzi Azərbaycana gəlib. Biz istəsək də, istəməsək də Azərbaycan cəmiyyəti artıq bunu qəbul edib. Nəzərə alsaq ki, azərbaycanlıların yalnız beşdə biri Azərbaycanda yaşayır, 50 milyondan çox azərbaycanlı isə dünyanın hər yerinə səpələnib, onlar çoxdan bu həyat tərzini götürüblər. Vaxtilə Azərbaycan mentalitetində nişanlanma mərasimi var idi. Bəzən bu dövr 3 ilə qədər davam edərdi. Qızla oğlan nişanlı dövrdə nikaha girmədən, kəbin kəsdirmədən bir-birinin evinə qonaq gedə bilərdilər. Doğrudur, o vaxtlar buna diqqət yetirilirdi ki, aralarında intim münasibət olmasın, amma hər halda bu, ictimai nikahın ilkin variantı idi.
Mən efirdə qadınla kişinin hotelə getməsinin normal olduğunu deyəndə digər ekspertlər öz etirazlarını bildirdilər. Aparıcı Tarix Əliyev (Tolik) nikahı olmayan kişi və qadının hotelə gedib istirahət etməsinə qəti etiraz etdi. Mən o zaman fikirlərimi əsaslandırdım, sitat da gətirdim ki, Azərbaycan Turizm Agentliyinin rəhbərliyi açıqlama verib - hotelə gedən şəxsdən şəxsiyyət vəsiqəsi və nikah kağızının tələb edilməsi qeyri-qanunidir. Mən dünyada olan sivil münasibətlərin, qadın-kişi münasibətlərinin Azərbaycana da gəlməsini təklif edirəm. Əgər onlar gizli şəkildə 10 manatlıq, səliqəsiz, xəstəlik dolu hostel otaqlarında, ayrıca kirayə verilən qeyri-qanuni otaqlarda, masaj salonlarında görüşürlərsə, niyə sivil formada hotellərdə və yaxud restoranlarda görüşməsinlər. Biz niyə insanlarımızı küncə sıxmalıyıq ki, onlar müxtəlif yerlər axtarsınlar. 21-ci əsrdir. Biz insanlara necə deyə bilərik ki, mənim istədiyim formada münasibət qur. Biz demokratik cəmiyyətdə yaşayırıqsa, dünyadakı aparıcı yaşam tərzləri Azərbaycanda da olmalıdır. İctimai münasibətdə olan bir qadınla bir kişinin hotelə getməsi tərbiyəsizlik deyil. O cür düşünənlər gerizəkalıdır. Hotel, restoran və əyləncə mərkəzləri ictimai yerlərdir. Əgər ictimai yer olmasaydılar, vergi verməzdilər. Hotelçiliklə bağlı Azərbaycanda çox böyük planlar var. 5, 7 ulduzlu hotellər kim üçündür? Əgər xaricilər üçündürsə, o zaman Azərbaycan əhalisi gedib xaricdə istirahət etsin. İstərdim ki, gələcəyə istiqamətlənmiş bir baxış sərgiləyək".
Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdi
Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da bi
Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza
Onurğanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı yüngül hesab edər,
Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərər
Ermənistan baş naziri Nikol Paşinyan bugünkü çıxışında Laçın yolunda
B3 vitamininin yüksək dozaları aqressiv şiş və beyinə metastazlara səbə
Beynəlxalq siyasət və iqtisadiyyat üzrə 167 ekspertin təxminən yarısı y
Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət
Minimum əmək haqqı 300 manatdan 345 manata çatdırılır. Bu da 15 faiz art�