Günahlara zəmin yaradan meyillər
Digərləri 10 Yan 2023 23:20:00 389 0
İnsanda bəzi xislətlər vardır ki, onları tanıyıb onlardan düzgün şəkildə istifadə etmək lazımdır. İmam Əli (ə) buyurur:
Bu xəbəri də oxu: Ballıcaya 32 il əvvəl Xocalını tərk etdiyi maşınla qayıdır
"Allah-təala mələklərə ancaq əql verdi (onlar həmişə Allaha ibadətlə məşğuldurlar), heyvanlara isə ancaq qəzəb və şəhvət verdi.
وَشَرَّفَ الاِْنْسانَ بِاعْطاء الْجَميعِ
Amma insana onların hamısını (əql, şəhvət, qəzəb) bağışlayıb, onu şərəfli bir məxluq etdi."
Əgər insan öz əqlinin istəklərini yerinə yetirsə, onun Allah yanında mənəvi məqamı mələklərdən də üstün olacaqdır, çünki insanda qəzəb və şəhvət olduğu halda, əqlinin dediklərini yerinə yetirib; yox əgər qəzəb və şəhvət istəklərinə tabe olsa, onda heyvanlardan da aşağı səviyyədə olar, çünki o, ağlı olan halda qəzəb və şəhvətin istəklərini yerinə yetirib. Quranda öz əqlini kənara qoyub heyvani meyllərindən bəhrələnən insanlar haqqında belə oxuyuruq:
اُولئِكَ كَالاَْنْعامِ بَلْ هُمْ اَضَلُّ سَبِيلاً
"Heyvan kimidir onlar, yox heyvandan da betərdilər, doğru yoldan daha uzaq düşüblər".(179.,"Əraf")
Din alimlərinin dediklərinə əsasən, insanda üç qüvvə vardır ki, günaha zəmin yaradır.
Şəhvət qüvvəsi. Bu qüvvədən düzgün şəkildə istifadə olunmazsa, insanı fəsada və çirkab bataqlığına tərəf yönəldib onu batırar.
Qəzəb qüvvəsi. Bu qüvvə insanın qəzəblənməsinə səbəbdir. Qarşısı alınmazsa, insanı başqalarına zülm, təcavüz və əziyyət etməyə vadar edər.
Vəhşiyyə qüvvəsi. Bu qüvvə insanı özünü uca tutmaq, bütün şeyləri özü üçün istəmək, başqalarının hüququna təcavüz etmək və bu kimi günahlara yönəldir.
Bu üç qüvvə insanın vücudunda zəruridir. Lakin əgər onlardan düzgün istifadə olunmasa, istənilən qədər günahların meydana gəlməsinə zəmin yaradacaqlar.
Qəzəb qüvvəsi onun üçün lazımdır ki, özünü qoruya bilsin. Eləcə də şəhvət qüvvəsi təbii istəklərə cavab vermək və nəsil artırmaq üçün lazımdır. Lakin bu iki lazımlı qüvvə öz hədlərini aşsa və onlardan düzgün istifadə olunmasa, cəmiyyətdə çoxlu cinayətlər və cinsi əxlaqsızlıqlara səbəb olacaqlar.
Yaşadığımız cəmiyyəti və yaxud özümüzü günahdan təmizləmək istəsək, gərək nəfsin istəklərindən və heyvani xislətlərdən düzgün yolda istifadə edək.
İmam Sadiq (ə) buyurur:
ما مِنْ مُؤْمِنِ اِلاّ وَلِقَلْبِهِ اُذُنانِ فِي جَوْفِهِ، اُذُنٌ يَنْفُثُ فِيها الْوَسْواسُ الخنّاسُ وَاُذُنٌ يَنْفُثُ فِيهَا الْمَلَكُ...
İmanlı şəxsin qəlbi iki hissədən ibarətdir: Şeytanın vəsvəsə etdiyi yer və Mələklərin daxil olduğu hissə.
YAXŞI VƏ PİS NİYYƏT HAQQINDA
Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə pis niyyət çirkin işlərə zəmin yaradır. İslam Peyğəmbəri (s) buyurur:
نثيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِهِ وَنِيَّةُ الْكافِرِ شَرٌّ مِنْ عَمَلِهِ وَكُلُّ عامِل يَعْمَلُ عَلى نِيَّتِهِ
"Möminin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür".(Üsuli-kafi, 2-ci cild, 84-cü səh. Üsuli-kafi, 2-ci cild, 125-ci səh.)
İnsanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa, onda insan yaxşı işlərlə məşğul olacaq, yox əgər çirkin olsa, onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaq.
Mömin şəxsin fikri və niyyəti sağlam olduğu üçün onun işləri də düzgün və təmiz olar. Onun sağlam fikri həyatında yalnız yaxşı əməllərlə məşğul olmasına zəmin yaradır. Əksinə kafir şəxsin çirkin fikri və bəd niyyəti, pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinməz.
İmam Sadiq (ə) buyurur:
"Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Və behişt əhli ona görə həmişəlik behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir".
Sonra o həzrət bu ayəni oxudu.
قُلْ كُلٌّ يَعْمَلُ عَلى شاكِلَتِهِ
Kosmetik buz çox sadə, lakin eyni zamanda çox təsirli kosmetik vasitədir.
Müsəlmanlıq kəlmeyi-şəhadəti dilə gətirməklə sübuta yetir. Yəni All
Qadınlar arasında keçirilən sorğuda kişilərin intim münasibətdə daha �
Belçika Malinois cinsindən olan itlərin ən ağıllı olduğu müəyyənləş
Acı bibər qədim zamanlardan saçların tökülməsi zamanı müalicəvi vasit
Xəbər verdiyimiz kimi, kulturoloq Aydın Xan Əbilov işlətdiyi fikirlərlə
Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdi
Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da bi
Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza
Onurğanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı yüngül hesab edər,
Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərər