Başın masajı
Digərləri 08 Yan 2023 21:15:00 385 0
Başın dərisinin qidalanması və nəticədə saçların vəziyyətinin yaxşılaşdırılması üçün mütəxəssis və ya insanın özü tərəfindən başını masaj etməsi çox xeyirlidir. Yadda saxlayın ki, belə masaj yağlı saçları və ya hər hansı dəri xəstəliyi olan (seboreya və s.) insanlar üçün əks göstəriş hesab olunur. Başın masajı ayaq üstə və ya oturaq vəziyyətdə olmaqla yerinə yetirilir. Bu zaman masaj hərəkətləri saçların inkişafı istiqamətində, yəni təpədən arxaya boyuna tərəf, qulaqlara tərəf və s. edilir. Masajdan əvvəl saçları açmaq lazımdır. Masajı saçların yuyulmasından qabaq, başın dərisinə qidalandırıcı maskaların, ampulalarda olan xüsusi qidalandırıcı və digər bu kimi maddələrin sürtülməsi ilə eyni vaxtda etmək daha yaxşıdır.
Bu xəbəri də oxu: Hər kəsin evində var: mikrob yuvasıdır
Başın masajı barmaq yastıqçalarının hamarlayıcı hərəkətləri ilə başlayır. Ovuclarınızı başınıza elə qoyun ki, barmaqlarınız təpə nahiyəsində bir-biri ilə birləşsin. Hər iki əlinizin barmaq yastıqçaları ilə boynunuza doğru sığallayıcı hərəkətlər edin. Bu zaman əllər sərbəst şəkildə saxlanmalı, barmaqlar isə dəriyə yüngülcə toxunmalıdırlar.
Bundan sonra başın tüklü hissəsinin masaj edilməsinin əsası olan dairəvi hərəkətlərə başlamaq olar. Ovuclar bükülmüş, azca aralı olan əl barmaqlar sıx şəkildə baş dərisinin üzərinə qoyulmuşlar. İlk öncə baş dərisini azca sıxmaq, sonra isə bir qədər yana çəkmək lazımdır. Başın bir hissəsini masaj etdikdən sonra, barmaqları digər hissəyə qoyub onu masaj etmək lazımdır.
Bundan sonra yüngül döyəcləmə hərəkətlərinə başlamaq olar. Barmaqların vəziyyəti indicə qeyd etdiyimiz kimidir. Döyəcləmə hərəkətləri barmaqların yastıqçaları ilə yerinə yetirilir. Başın masaj edilməsi sonda, təpədən qulaqlara tərəf olmaqla sığallama hərəkətləri ilə başa çatır. Belə masajı həftə ərzində 1-2 dəfə icra etmək məsləhət görülür.
Bu cür sözlər çoxdur. Uydurma da olsa Quranı bilməyən lakin, hədislərə
Tehranda naməlum silahlı şəxslər Əllamə Təbatəbai adına Universitetə
Qadınlar arasında keçirilən sorğuda kişilərin intim münasibətdə daha �
İtaliya Ukraynaya altıncı müdafiə yardımı paketini hazırlayır, hökumə
"Hazırda yanğın söndürülüb, demək olar ki, soyutma işləri aparıl
Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
Qarabaşaq həm dadlı, həm də çox faydalı bir məhsuldur. Digər yarmalarla
Məzhəblər, Quranda bildirilən evlilik məsələlərinin hardasa heç birinə
Tanışlıq hər hansı bir yolla ola bilər. Bu o qədər də mühüm deyil. Ə
Xəbər verdiyimiz kimi, "Sədərək" ticarət mərkəzində yanğın
Xəbər verdiyimiz kimi, "Sədərək" ticarət mərkəzində yanğın
Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tük
Təsəttürlü qadınların dənizə girmələrini qadağan edən hər hansı bi
İmişli rayon Aranlı (yaxın keçmişdə adı Semyonovka olub) kənd məktəbi
Yelisey və Harvard Universitetlərinin alimləri hesab edir ki, oxumaq insan ö