“Hədis” deyə məşhur olan sözlər
Digərləri 08 Yan 2023 21:10:00 417 0
Bu cür sözlər çoxdur. Uydurma da olsa Quranı bilməyən lakin, hədislərə və təriqətlərə meyl edən insanların dilində məşhur olan bu sözlərdən bir neçəsini aşağıda göstərə bilərik. Məsələn:
Bu xəbəri də oxu: 3 nəfərin vəziyyəti ağırdır AÇIQLAMA
"Ümmətimin ixtilafı rəhmətdir" sözü, Acluninin "Kəşful Xəfa" əsərində keçər. Həm əsər sahibinin özünün qeyd etdiyinə görə həm də hədis imamlarının əksəriyyətinə görə əsli olmayan bir rəvayətdir. Qurani Kərimə də zidd olduğunu bu ayələrə baxanda görə bilərsiz: Ənfal, 8/46; Nisə 4/59,83; Əli İmran3/103.
Bir başqa məşhur söz: "Elə bir vaxt gələcək ki, Sizin aranızdan bir nəfərə məndən nəql olunan bir hədis deyildikdə oturduğu yerə söykənmiş halda: "Rəsulullah belə bir şey deməz. Hədisi burax, mənə Qurandan dəlil gətir" (Əbu Yəla, Müsnədu Əbi Yəla, 3-cü cild, s. 346.) deyəcəkdir. Bu rəvayət sənədindəki Yezid ibn Əban ər-Rəqqaşi adlı ravinin ucbatından zəif qəbul olunur. (Heysəmi, Məcməu-z-zəvaid, Beyrut, 1988, 1-ci cild, s. 155). Bu söz, Bəqərə 213-cü ayəsinə də ziddir. Eyni zamanda belə deməkdə nə eyib varki? Səhabə də Peyğəmbərimizdən bir şey eşitdiyi zaman "bu sənin sözünmü yoxsa Allahdan gələn vəhydirmi?" deyə soruşublar.
Bir başqa rəvayət: "Allah bu ümməti dəlalət üzərə əsla toplamaz. Allahın əli cəmaatladır." (Hakim, "Müstədrək, ilim, h. 102/391-111/400; Acluni, a.g.e. h.153.) İbn Həcər, bu hədis qəribdir. Hakim, bu hədis müztəribdir. Qərib olan əhli sünnənin belə bir hədis üzərindən qaidə qoymaları və bu qaidəyə uymalarıdır. Allah, kitabında "Özündən çəkinən və yaxşılıq edənlərlə bərabərdir" (Nəhl, 128) deyir. Bu rəvayət, həm günümüzə qədər baş vermiş və davam edən tarixi hadisələrə də ziddir.
Təriqətçilər arasında bir məşhur rəvayət daha var: "Çətinə düşdüyünüz zaman qəbir əhlindən kömək istəyin" (Acluni "Kəşful xafa" əsərində "xalq arasında yayılan sözləri hədis deyə rivayət edildiyini söylər və bunu da rivayət edərək bu sözün xalq sözü olduğunu deyir. Amma gəlin görün ki, hədis elmindən xəbərsiz insanlar bunu bir hədis kimi rəvayət edirlər. Bu, eyni zamanda Bəqərə, 213, Nisa 59-cü ayələrinə də ziddir.
Tehranda naməlum silahlı şəxslər Əllamə Təbatəbai adına Universitetə
Qadınlar arasında keçirilən sorğuda kişilərin intim münasibətdə daha �
İtaliya Ukraynaya altıncı müdafiə yardımı paketini hazırlayır, hökumə
"Hazırda yanğın söndürülüb, demək olar ki, soyutma işləri aparıl
Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
Qarabaşaq həm dadlı, həm də çox faydalı bir məhsuldur. Digər yarmalarla
Məzhəblər, Quranda bildirilən evlilik məsələlərinin hardasa heç birinə
Tanışlıq hər hansı bir yolla ola bilər. Bu o qədər də mühüm deyil. Ə
Xəbər verdiyimiz kimi, "Sədərək" ticarət mərkəzində yanğın
Xəbər verdiyimiz kimi, "Sədərək" ticarət mərkəzində yanğın
Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tük
Təsəttürlü qadınların dənizə girmələrini qadağan edən hər hansı bi
İmişli rayon Aranlı (yaxın keçmişdə adı Semyonovka olub) kənd məktəbi
Yelisey və Harvard Universitetlərinin alimləri hesab edir ki, oxumaq insan ö
Amerikalı həkimlər iddia edirlər ki, oxuma insan orqanizminə çox yaxşı t