Ermənilərin Qarabağda etdiyini molla rejimi TƏKRARLADI
Siyasət 07 Yan 2023 13:39:00 390 0
2022-ci il Azərbaycanın diplomatik sahədə ciddi mübarizə ili kimi yadda qaldı. Bu beyin yarışından deyə bilərik ki, ötən mövsümü Bakı üstün tərəf kimi başa vurdu. 2023-cü ildən isə gözləntilər daha böyükdür.
Bu xəbəri də oxu: "Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var"
Mollaların məqsədi:
✔️ Rəsmi Bakı çox yaxşı bilir ki, yenə ermənipərəst Fransa və kirvəsi İran Azərbaycana qarşı təzyiqləri daha da artıracaq. Tehran və Paris bu yolla Azərbaycanın hərbi və diplomatik sarıdan olduqca bərbad duruma saldığı Ermənistanın dirçəlməsi üçün bu məkirli addımlarını bir-biri ilə razılaşdırılmış, planlı şəkildə icra etməyə davam edəcəklər.
Hələ yeni ilin ilk həftəsini yaşasaq da, aydın görürük ki, molla-fars rejimi artıq Bakıya qarşı təhdid, hədə ritorikasını var gücü ilə indidən işə salıb. İran həmin İrandır. Proseslər göstərir ki, rejim dəyişməyəcəyi təqdirdə bünövrəsi hiylə və xəyanətlə qurulan bu dövlətin başında kimin olmasından asılı olmayaraq siyasəti dəyişməz olaraq qalacaq.
Xüsusilə son həftələr İran molla rejimi əlinə imkan düşən kimi, fürsət tapan kimi Azərbaycanı müxtəlif yollarla qorxutmağa cəhd edir. Biz bunun SEPAH generalı - İran silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqerinin ötən ilin sonundakı çıxışı zamanı açıq şahidi olduq: "Biz ölkəmizə və mənafeyimizə qarşı hər bir təcavüzə qətiyyətlə cavab verəcəyik. Bu məsələdə heç bir tərəddüdümüz yoxdur. Həm gücümüz var, həm də iradəmiz. Bundan əlavə, hər hansı ölkə "mənim xəbərim yoxdur və ya icazə verməmişəm, ya vermişəm" deməsindən asılı olmayaraq İslam Respublikasına hücumun həyata keçirildiyi başlanğıc yeri olarsa, həmin başlanğıc yer də İranın ağır və dağıdıcı hücumuna məruz qalacaq!".
Əslində şovinist fars rejiminin niyə belə küyə düşdüyünü anlamaqda bəzən normal, ağlı başında olan Allah bəndəsi də çətinlik çəkər. Ay mollabaşlar, siz axı kimdən hərbi hücum gözləyirsiniz? Azərbaycanın ki, davası sizlə deyil. Bəs o zaman niyə bu qədər xoflusunuz?
✔️ Təbii ki, Tehranın Bakıya qarşı bu qədər yenidən odlu-alovlu mesidjlər verməsinin digər səbəbi də Azərbaycanın Laçın yolundakı aksiya ilə separatçı rejimin nəfəslik hesab etdiyi dəhlizi nəzarətə götürməsi məsələsidir. Mollabaşlar yaxşı bilirlər ki, Azərbaycanla Ermənistan arasında sülhün fundamental elementlərindən hesab edilən Zəngəzur dəhlizinin açılması rus sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı qeyri-qanuni erməni silahlı birləşmələrinin və qondarma rejim qalıqlarının bölgədən çıxarılması ilə gerçəkləşə bilər.
Hələ bu azmış kimi İran molla rejimi indi də azyaşlı uşaqları öz oyunlarının iştirakçısı, çirkab, məkirli planlarının elementinə çevirməkdən də çəkinmir.
Belə ki, İran hökuməti Xudafərin körpüsündə çəkdirdiyi video ilə Azərbaycan və İsraili yenidən təhdid edib. İran-Azərbaycan sərhəddində Xudafərin körpüsünün yanında SEPAH paltarı geyindirilmiş azyaşlıların Azərbaycanın ünvanına təhdid dolu mahnı oxutmasının başqa adı yoxdur - ermənilərlə analogiya. Bu detaldan da bir daha molla rejimi ilə ermənilərin bir-birinə nə qədər doğma olduğu açıq sezilir. Hətta farslarla ermənilərin Azərbaycana, türkə qarşı nifrət təbliğat maşınları belə bu qədər oxşardır.
Çünki biz Ermənistanda və Qarabağda da azyaşlı uşaqlara hərbi forma geyindirib silahla kliplər çəkildiyinin az şahidi olmamışıq. Bu gün moll-fars rejimi də eyni şeyi təkrar edir. Onların düşmənçilik meyarları, metodları da eynidir. Biz eyni addımın azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunun Şuşa-Xankəndi hissəsində etiraz aksiyasından sonra qondarma rejim qalıqları tərəfindən atıdlığını da gördük. Qondarma xunta rejim sülhməramlıların müvəqqəti nəzarət zonasındakı etnik erməni ailələrindən olan azyaşlıları, qadınları azərbaycanlı aktivistlərin qarşısına çıxararaq təxribata cəhd etdilər.
Bu gün eynisini biz mollabaşlardan görürük. Az qala Xudafərin körpüsünü adlayıb sərhədçilərimizin keşik çəkdiyi hissəyə keçəcəkləri kadrlardan aydın görünən iranlı uşaqların Azərbaycana qarşı nifrət, təhdid dolu ifaları rəsmi Tehranın Bakını təxribata çəkmək, bölgədə eskalasiya niyyətindən başqa bir şey deyil.
Bəli, (V)İran yenə də Azərbaycanı hədələyir. Əynində SEPAH paltarı geyindirilmiş, əlindəki bayraqda da "Qüdsə doğru" ifadəsi yazılan uşağı Xudafərinin Azərbaycan istiqamətinə keçirilməsinin başqa məqsədi nə ola bilər?!
✔️ İranın istər Araz çayına yaxın ərazidə hərbi təlimlərinin, istər dövlət telekanalları və sosial media seqmenti vasitəsilə Azərbaycana təzyiqlərinin digər səbəbi isə rəsmi Bakını xarici siyasətdə İranın xeyrinə korrektəyə məcbur etməkdir. Amma 44 günlük müharibədən bu yana rəsmi Tehran tam əks nəticələrlə üzləşməkdədir. Azərbaycan İranın hərbi təlimlərinə öz təlimləriylə cavab verdi, növbəti təlimi strateji müttəfiqi Türkiyə ilə başladı, İranın erməni separatçılarıyla bütün bağları faş edildi, Tehranın təxribatlarına adekvat cavab verildi, Bakıda Güney Azərbaycan amili ön plana çıxarıldı.
Amma nə fayda ...
Bu gün artıq rəsmi Bakının Xankəndinə gedən yolu nəzarətə götürərək Ermənistanı sülhə məcbur etmə prosesini sürətləndirmək istiqamətində gördüyü işlərdən molla-fars rejimi də çox yaxşı anlayır ki, Azərbaycan bu işi tezləşdirməkdə "İsrail" yox, israrlıdır. İran başa düşür ki, Azərbaycan 30 illik işğala öz ordusunun qüdrəti hesabına son qoyduğu kimi, deyure separatçıların əsarətində olan digər ərazilərin və o yerlərdə yaşayan etnik ermənilərin azadlığa qovuşması üçün də Bakı həlledici addımı atacaq.
Bu səbəbdən də İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb. Dövlət sərhəddində keçirilən hərbi təlimlərin də, generallarının Bakını hədələməsinin də, azyaşlılar vasitəsi ilə Bakını təxribata çəkmək planlarının da əsas səbəbi Azərbaycana hədə-qorxu gələrək, Tehranın maraqlarını nəzərə almasıdır.
Bəs İran niyə Azərbaycanın düşməninə qardaşlıq etdi, onu 30 il qorudu?
Sual ritorik olsa da, indi sadalayacağım faktlar bir çox dəlil-sübutlarla bütün dünyaya bəllidir. Birinci Qarabağ müharibəsində 12 min şəhid, atəşkəs dövründə 4 min şəhid, İkinci Qarabağ müharibəsində 3 min şəhid vermiş Azərbaycana qarşı silah tutan düşmənimiz Ermənistandırsa, iki əsrdir qanımızı tökən, oğullarımızı qətl edən, qız-gəlinlərimizi zorlayan, körpələrimizi doğrayan erməniyə qardaşlıq, kirvəlik edərək Azərbaycana qarşı cəbhə açıb, Ermənistanın ərazi bütövlüyünü, onun təhlükəsizliyini özü üçün "qırmızı" xətt" elan edən İran molla-fars rejimi bəs kimdir?
Təəssüf ki, istər 30 illik işğal dövründə, istərsə də Azərbaycanın 44 gün ərzində regionda yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıq fonunda İran öz xislətindən yenə də əl çəkmədi. Yenə hiylə, yenə xəyanət, yenə riyakarlıq gördük. Belə görünür ki, İran molla-fars rejimi viran olmayınca öz murdar əlini Azərbaycandan çəkənə oxşamır. Çünki molla-fars rejimi Azərbaycanın müstəqilliyini, onun suverenliyini, ərazi bütövlüyünün tamlığını qəbul etmək istəmir.
Təhməz Əsədov Son.az
Əməkdar rəssam Mübariz Əkbərov evindəki kiçik emalatxanasında xəncər,
Türkiyəli müğənni Ajda Pekkan özünə Yeni il hədiyyəsi alıb.
Hacıqabul rayonunun Udulu kəndi ərazisində yerləşən və antik dövrlərə
Xanımların ən çox baxıma ehtiyac duyduğu və sağlamlığına diqqət etdi
Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olac
Abşeron rayonunda 1980-ci il təvəllüdlü Elnur münaqişə zamanı tanışı
Türkiyəli müğənni Berkay Şahinin başına iş gəlib.
"Son 1 ildə 14-17 yaşlı qızlar arasında abortların sayı 2 dəfə art
Xəzər rayonunda 3 yanvar tarixində intihara cəhd olub.
Türkiyənin İstanbul şəhərində Zeytinburnu Seyit Nizam küçəsində ağı
Alimlər Mars planetinin iqliminin kompüter modelləşdirilməsini aparıblar.
"2022-ci il sülh müqaviləsinin imzalanması baxımından olduqca əlveri
Əməkdar artist Rühəngiz Musəvi həmkarı Əməkdar artist Bəsti Bəkirovan
Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə nazirliyin Gəncə şəhəri ü