Dostlar arasında qanlı dava: "Gözümü açdım ki, arvadıyla bizdədi"
Kriminal 07 Yan 2023 13:00:00 403 0
Abşeron rayonunda 1980-ci il təvəllüdlü Elnur münaqişə zamanı tanışı Avtandilə xəsarət yetirib.
Bu xəbəri də oxu: Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festivalmüsabiqənin Qala Konserti keçirilib FOTO
Son.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il iyulun 21-də baş verib.
İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə ifadə verən Elnur özünü qismən təqsirli bilib. O bildirib ki, 2005-ci ildən Avtandili tanıyır: "Həmin vaxtdan aramızda yoldaşlıq münasibətləri yarandı. Ailəvi bir-birimizin evinə gediş-gəlişimiz vardı. Hadisə günü Avtandilgilə arvadımla getmişdim. Avtandilin içkili idi. Üstümə qışqırdı, borc aldığım pula zamin durduğundan borcu ödəməyimi tələb etdi.
Avtandilin üstümə qışqırmasından əsəbləşdim. Güllərin dibindəki bıçağı götürərək onu vurdum. Bir necə zərbə endirmək imkanım olsa da bunu etmədim. Qardaşım İlkin Avtandili xəstəxanaya apardı. Zərərçəkmiş şəxs bıçaqla vurduğumu Avtandilin həyat yoldaşı da gördü".
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi tədqiq olunub. O, həmin ifadəsində qeyd edib ki, Avtandil onunla Qobu qəsəbəsində bir yerdə işləyir: "Hadisə günü Avtandil mənə zəng etdi və onun dəvəti ilə həmişə bir yerdə pivə içdiyimiz kafeyə getdik. Hərəmizə bir litr pivə içdik. Avtandil haqqımda pis fikirlər danışıldığını, guya mənim öz dostumun arvadı barəsində xoşagəlməz sözlər dediyimi bildirdi. Buna görə Avtandilə hər kim mənim haqqımda, mənim ünvanıma belə sözlər danışırsa, zəng vuraraq çağırmasını və üzümə deməsini söylədim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Avtandil zəng vuraraq onlarla bir yerdə işləyən Rafiqi ora dəvət edib: "Rafiq gəlib bizimlə stolda əyləşdi. Həm Rafiqə, həm də Avtandilə haqqımda, mənim demədiyim sözləri danışan şəxsin ünvanına nalayiq sözlər dedim. Aramızda mübahisə oldu. Səs-küy olmasın deyə Avtandilin təklifi ilə onun Masazır qəsəbəsindəki evinə getdik. Həyətdə mübahisə davam etdi. Lakin dava-dalaş olmadı.
Avtandil guya öz qardaşım arvadı haqqında da nalayiq sözlər işlətdiyimi, bunları arvadımın onun arvadına dediyini bildirdi. Biz ayrıldıq, mən yaşadığım evə getdim. Arvadımdan belə sözlər deyib-demədiyini soruşdum. O, belə sözlər demədiyini bildirdi".
Elnur bildirib ki, məsələni aydınlaşdırmaq üçün arvadı ilə Avtandilin yaşadığı evə gediblər: "Avtandil həyətdəki taxtın üzərində uzanmışdı. Arvadım Avtandilin arvadından "mən sənə nə vaxt demişəm ki, ərim öz qardaşı arvadının ünvanına pis sözlər danışıb" deyə soruşdu. Arvadım Avtandilin arvadının saçından tutdu və onlar əlbəyaxa oldular.
Türkiyəli müğənni Berkay Şahinin başına iş gəlib.
"Son 1 ildə 14-17 yaşlı qızlar arasında abortların sayı 2 dəfə art
Xəzər rayonunda 3 yanvar tarixində intihara cəhd olub.
Türkiyənin İstanbul şəhərində Zeytinburnu Seyit Nizam küçəsində ağı
Alimlər Mars planetinin iqliminin kompüter modelləşdirilməsini aparıblar.
"2022-ci il sülh müqaviləsinin imzalanması baxımından olduqca əlveri
Əməkdar artist Rühəngiz Musəvi həmkarı Əməkdar artist Bəsti Bəkirovan
Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə nazirliyin Gəncə şəhəri ü
Son.az Kulis.az-a istinadən "Ögey ana" filmi ilə məşhurluq qazana
Komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə kön
Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhh�
İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən
"Xerson istiqamətində düşmən (Rusiya ordusu) Dnepr çayının sağ sah
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovun məz