Həyat yoldaşını erkən itirdi, “Ögey ana” filmində onu aldatdılar
Kriminal 07 Yan 2023 12:00:00 426 0
Son.az Kulis.az-a istinadən "Ögey ana" filmi ilə məşhurluq qazanan aktrisa Sevinc Axundova haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festivalmüsabiqənin Qala Konserti keçirilib FOTO
Sevinc Mirzəağa qızı Axundova 1947-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini əvvəl 18 nömrəli, daha sonra isə 15 nömrəli rus dilli orta məktəbdə alıb. Atası müəllim, dosent Mirzəağa Axundov Neft Akademiyasında çalışıb, anası Səfurə Əliyeva həkim olub.
***
Azərbaycanlı tamaşaçı Sevinc Axundovanı "Ögey ana" filmindəki Cəmilə obrazı ilə tanıyıb və sevib. Filmə çəkilməsi ilə bağlı verdiyi müsahibədə deyir:
"Çəkilişə başlamaq üçün müsabiqə keçirirdilər. Mənim dayım oğlu da film operatoru idi. Həmin yerə məni o apardı. Onda 4-cü sinifdə oxuyurdum. "Cəmilə"yə 3 qızı sınaqdan keçirdilər. Nəhayət, mənim üzərimdə dayandılar. Dedilər ki, "şeir de, ağla, gül". Nə dedilərsə, mən də etdim, xoşlarına gəldi. Çəkiliş zamanı bildirdilər ki, bu qızın 5 barmaq saçını kəsək. Atam da icazə verdi, ümumiyyətlə, saçımı qısaltdılar. Yadımdadır, hətta orada bir günlük dağa da çıxdıq. Üzüm, əlim, qolum dağda yıxıldığımıza görə cızılmışdı deyə, rejissor məni çox danladı. Dedi, "sən niyə icazəsiz getmisən?".
Bundan başqa, aktrisa müsahibəsində filmdən yadda qalan maraqlı hadisələri də oxucularla bölüşür:
"Suya yıxılma səhnəmi məndən tez-tez soruşurlar. O çəkilişi oktyabrın əvəllərində etdik. Deməli, çəkiliş zamanı altı dəfə suya düşdük. İsmayıllıda böyük bir çay idi, orada suya yıxılırdıq. Amma sudan çıxmaq səhnəsini Dilicanda çəkilib. İsmayıllıda suya düşdük, Dilicanda çıxdıq. Birinci dəfə suya düşəndə qorxdum, İsmayılı itələdim, qaçdım. Sonra məni aldatdılar. Anam da həkim idi, dedilər ki, get spirt gətir, uşaqları spirtləmək lazımdır. Anam gedib-gəlincə 5 dəfə suya girdik. 5 dəfə də geyimimizi dəyişdilər. 5 dubl çəkiləndən sonra hansı yaxşıdırsa, onu seçdilər. Yadımdadır ki, bir dəfə suya düşdük, çox qəşəng alındı, sevindik ki, ikinciyə ehtiyac qalmayacaq. Bir də baxdıq ki, bizi sudan çıxaranda bir kişinin başı kadra düşüb. Axır ki, alındı. Təbii, nəyi var xəstələndik. Balaca cücəni isə mənə bağışladılar, gətirdim, şəhər evində saxladım, böyütdüm. Yadımdadır, birinci dəfə Ceyhun mənə dedi ki, çayda şüşələr var, sənə batacaq. Uşaq şıltaqlığı var idi. Küsürdük, barışırdıq. Fəryad filmini çəkməmişdən öncə deyirdi ki, "mən istəyirəm həmin filmin ardını çəkim. Sənin yoldaşını, mənim yoldaşımı çəkim". Sonra "Fəryad" filmi araya girdi".
Aktrisa sonralar "Aygün" filminə çəkilir. "Ögey ana" filmində olduğu kimi bu filmdə də Xalq artisti Nəcibə Məlikova ilə tərəf müqabili olur. Nəcibə xanım isə Sevinc xanımı oğluna almaq istəyir. Bu barədə Sevinc xanıma deyəndə, o, razılaşmır, onun oğlunu qardaşı kimi çox istədiyini səbəb göstərir.
***
Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinə daxil olur. Daha sonra Dövlət Konservatoriyasında fortepiano üzrə təhsil alır. 18 yaşından etibarən musiqi məktəblərində dərs deyir.
Sevinc xanım gələcək həyat yoldaşı ilə eyni sinifdə oxuyur. Sinif yoldaşı münasibəti dostluğa, daha sonra isə sevgiyə çevrilir. Onlar ailə həyatı qururlar. Bu evlilikdən onun Cəmilə və Çinarə adında iki övladı dünyaya gəlir.
***
Ancaq qızları doğulandan bir müddət sonra aktrisanın həyat yoldaşı qəfildən dünyasını dəyişir. O, bu barədə deyir:
"Mənim iki qızım var. Cəmilə və Çinarə. Cəmilə adı mənim çox xoşuma gəlir. Uşaq olanda "Cəmilə" adlı ərəb kinosuna baxırdım. Tale elə gətirdi ki, filmdə də adım Cəmilə oldu. Həyat yoldaşım qəfildən rəhmətə getdi, uşaqlarımı çətinliklə də olsa tək böyütdüm. Çox sevinirəm ki, qızlarım yaxşı mühitdə böyüyüb".
Son.az
Komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə kön
Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhh�
İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən
"Xerson istiqamətində düşmən (Rusiya ordusu) Dnepr çayının sağ sah
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovun məz
Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsind�
Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olun
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasınd
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ABŞ Konqresinin Nümayəndələr Palatası 15 uğursuz cəhddən sonra özünə
Müğənninin Nazənin Salayevanın plastik əməliyyatdan sonrakı görüntüs�
Ağdaşda iri və xırda buynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.
Səhnəyə gəldiyi ilk gündən cəsarətli addımları ilə seçilən Xalq art