Türkiyə ilə Ermənistan arasında birbaşa hava yüklərinin daşınmasına başlanıldı İrəvan təsdiqlədi
Dünya 06 Yan 2023 23:39:00 1554 0
Ermənistan və Türkiyə birbaşa hava yük daşımalarına başlayır.
Bu xəbəri də oxu: Son 10 ildə dünyada baş vermiş ən böyük aviaqəzalar STATİSTİKA
Son.az musavat.com-a istinadən bildirir ki,bu barədə erməni mediası "Anadolu" Agentliyinə istinadən məlumat yayıb. Bildirilir ki, 2023-cü il yanvarın 1-dən Ermənistanla Türkiyə arasında birbaşa hava yüklərinin daşınmasına icazə verilib. Məlumata görə, qərar iki ölkə nümayəndələri, o cümlədən münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlardan sonra qəbul edilib. Deyilir ki, razılaşma ilə bağlı Türkiyənin ixracatçılar birlikləri ölkənin Ticarət Nazirliyi vasitəsilə məlumatlandırılıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan isə News.am-a bildirib ki, Türkiyə tərəfi birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın götürülməsi barədə Ermənistanı məlumatlandırıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, yükdaşımaların qarşılıqlı şəkildə reallaşdırılması ötən ilin 1 iyulunda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında keçirilən görüşdə əldə olunmuş razılaşmaya uyğun olaraq həyata keçiriləcək. "Üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanını təmin edən növbəti sazişin də ən qısa zamanda həyata keçiriləcəyini gözləyirik", - Hunanyan bildirib.
İrəvan və Ankara arasında əldə olunmuş anlaşmaya Ermənistanda ironik reaksiya verənlər də tapılıb. Qonşu ölkələrlə on illərdir davam edən gərginliklərin qalmasında maraqlı olan çevrələr Ermənistanı xilas layihəsini təqdir etmək əvəzinə, Laçın yolunun guya bağlı olmasını "əsas" gətirib, Türkiyə ilə birbaşa əlaqələrin yaradılmasına ironik yanaşma sərgiləyiblər. Xəbərlərdən birinin sərlövhəsi erməni məkrinin nümayişidir: "Türkiyənin məsxərəsi: Qarabağa həyat yolunu bağladılar, amma Ermənistanla havada yük daşınmasına qoyulan qadağanı götürdülər".
2023-cü ildə neftin bir barrelini qiyməti yenidən 100 dollara yüksələcək
Rusiyanın Milad atəşkəsindən sonra Ukraynada intensiv, yaxud iri toqquşma
Son.az musavat.com-a istinadən unikal görüntüləri təqdim edir. Milli Qəh
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzunc
ABŞ Ukraynaya 3 milyard dollardan çox dəyərində yeni müdafiə dəstəyi pa
Dünyada ilk dəfə Böyük Britaniyada robot hüquqşünas məhkəmə işi apar
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts telefon
Almaniya müdafiə naziri Kristin Lambrext və Pentaqon rəhbəri Lloyd Ostin ar
Yanvarın 6-da saat 17 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qə
Türkiyənin ilk elektromobili olan "TOGG" ABŞ-ın Las Veqas şəhər
Ukrayna Silahlı Qüvvələri dünən Xersonun cənubunda, İkinci Qavrilovka k�
21 yaşlı avstraliyalı Harri Sanders şəxsi biznesini qurub.