Bakının çıxaracağı "hökm" molla rejiminin SONU OLACAQ


Siyasət 06 Yan 2023 11:42:00 243 0

Bakının çıxaracağı "hökm" molla rejiminin SONU OLACAQ

44 günlük II Qarabağ savaşından sonra Türkiyə və Azərbaycan prezidentləri tərəfindən bölgədə sülh və əməkdaşlıq platforması kimi təklif edilən "3+3" formatına İran da dəfələrlə dəvət edilib, ancaq rəsmi Tehran hələ də bundan boyun qaçırmağa üstünlük verir və bu formatı özünə qarşı gələcək təhlükələrin yeni mənbəyi kimi görür. Ümumiyyətlə, rəsmi Tehranda ciddi bir qorxu və təlaş hiss olunur.

İran xüsusilə də Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra aqressiv ritorikadan çıxış etməyə, təhdid dolu bəyanatlar səsləndirməyə başladı. Dövlət sərhəddində keçirilən hərbi təlimlərin də məqsədi Azərbaycana hədə-qorxu gəlməkdən başqa bir şey deyildi. Bu gün İran Ermənistanın ən fəal dəstəkçilərindən birinə çevrilib ki, bu da ən azı İslam dəyərlərinə, beynəlxalq hüquqa hörmətsizlikdir.

Onsuz da Rəisi hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr gərginliklə müşayiət olunurdu. İran Ermənistan sərhədlərini qırmızı xətt adlandırıb, iki dəfə sərhədlərimiz yaxınlığında təlimlər keçirdi. Lakin irəli sürülən ittihamların arxasında real əsas yoxdur. Praqa və Soçi bəyannamələrində Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanıdıqlarına dair, ilin əvvəlində isə Bakı və Tehran Şərqi-Zəngəzur-Naxçıvan dəhlizinin açılması ilə bağlı razılıq əldə etmişdilər.

İranın süni gərginlik yaratmaqda əsas məqsədi:

⚫️ Rusiyanın zəifləməsindən istifadə edərək regionda nüfuzunu artırmaq

⚫️ Zəngəzur dəhlizinin açılmasına imkan verməmək

⚫️ Ankara-Bakı-Tel-Əviv üçbucağını zəiflətmək 

⚫️ Türk Dövlətləri Təşkilatına (TDT) təzyiq edərək, fəaliyyətinə əngəl olmaq

Əlbəttə, həm Rəcəb Tayyib Ərdoğan, həm də İlham Əliyevin mövqeyinin güclü olduğu Türk Dövlətləri Təşkilatı əhalisinin əksəriyyəti etnik türklərdən ibarət müsəlman İrana qarşı hər hansı hərbi əməliyyatı dəstəkləmirlər və həmişə də bu plana qarşı çıxıblar. Ancaq bu o demək deyil ki, İran molla-fars rejimi "türk düşməni" mövqeyindən əl çəkməyəcəyi təqdirdə münasibət eyni olaraq qalacaq. 

Çünki Bakının marağında olan ən ümdə məsələlərdən biri molla rejiminin də 44 günlük Qarabağ savaşının nəticələrini qəbul etməsi ilə bağlıdır. Lakin son proseslər də deməyə əsas verir ki, rəsmi Tehran Azərbaycana qarşı aqressiv ritorikasından geri çəkmək niyyətində deyil. 

Zəngəzur dəhlizi Ermənistanın 10 noyabr üçtərəfli bəyanatı üzrə yerinə yetirməli olduğu öhdəlikdir. Buna görə də İranın təhdidlərinə rəğmən Bakı bu dəhlizlə bağlı mövqeyindən geri çəkilmədi və çəkilmək kimi fikri də yoxdur. Əksinə, beynəlxalq təşkilatların rəsmi sənədlərinə bu məsələni daxil edir. Bu dəhlizin əhəmiyyətindən xəbər verir.

Prezident İlham Əliyev hələ keçən ilin sonlarında (14 dekabrda) Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan Prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında bildirdi ki, "Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq".

Bunun dərhal ardınca dövlət başçısı bu mövzuyla bağlı növbəti tutarlı bəyanatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xaqla müraciəti əsnasında səsləndirdi: "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də".

Bu bəyanatların xronoloji ardıcıllığı, söylənildiyi yer və zamanı nəzərə alsaq, bununla da dövlət başçısı bir daha elan etmiş oldu ki, Zəngəzur dəhlizinin açılması üçün ən geci bir il vaxt qaldı. Bu məsələdə İran molla-fars rejimi Azərbaycana mane ola bilməyəcək. Molla rejimi inadından əl çəkməyəcəyi halda Bakı və Ankaranı daha adekvat addımlar atmaq məcburiyyətində qoya bilər. 

İlham Əliyev İrandakı türklərin hüquqları məsələsini məharətlə TDT vasitəsiylə gündəliyə gətirməklə, kritik durumda olan rəsmi Tehrana başa saldı ki, Ermənistanı müdafiə siyasətindən və "Zəngəzur dəhlizi"nin açılmasındakı inadkarlığından əl götürməzsə, İrandakı iğtişaşların genişlənməsində "türk amili"ni çox tezliklə ön plana çıxmağını müşahidə edə bilərlər. 

Proseslər deməyə əsas verir ki, Bakı ilə Tehran arasında qarşılıqlı şəkildə bir beyin, əsəb, diplomatiya savaşı səngimək bilmir. İran anlamalıdır ki, onun Bakıya qarşı Ermənistanı silahlandırmaq, Azərbaycana hədələyici videoçarxlarla mesaj göndərmək cəhdləri elə cəhd də olaraq qalacaq. Çünki Bakı artıq Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə yiyələnib, mövqe üstünlüyü əldə edib. Bu isə Azərbaycana imkan verir ki, hazırda Ermənistanın İrana gedən strateji yollarını vizual nəzarətdə saxlasın.

Lakin görünən odur ki, iran regionda eskalasiyanı istəyən ən birinci qüvvələrdən biridir.  Belə olmasaydı Laçının Ermənistanın torpağı olması barədə heç Paşinyan, Sarkisyan, Köçaryan və digər erməni siyasətçilərinin dillərinə gətirməyə risk etmədikləri cümlələri İranın "Səhər" Telekanalında molla rejiminin hansısa bir maşası təkrar-təkrar qeyd edib, Azərbaycanın suverenliyinə, onun ərazi bütövlüyünə qarşı növbəti təxribatçı çıxışı ilə diqqətləri üzərinə çəkməzdi. 

İran molla-fars rejimi öncə dönüb, hazırda bir öz durumuna, düşüncəsiz, qeyri-insani siyasətinin nəticəsində ölkədə yaranan xaos vəziyyətə baxsın, sonra Laçın yolundan danışmaq üçün cürət etsin. Amma İran XİN rəsmisi Nasir Kənani utanmaz-utanmaz, əli ətəyindən uzun şəkildə bildirib ki, İran Laçın dəhlizi ilə bağlı məsələnin Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə operativ həllinə ümid edir. Kənani qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.

Ya Kənani 10 noyabr üçtərəfli bəyanatından bixəbərdir, ya da özünü "dəli mollalığa" vurub. Çünki 10 noyabr 2020-ci il bəyanatının tələblərindən biri Azərbaycanın qərb rayonları ilə Naxçıvanın maneəsiz əlaqəsinin təmin edilməsidir ki, buna molla rejimi elə özü imkan vermir, Zəngəzur dəhlizinin açılmamasını Tehran bir nömrəli hədəfi sayır.

O ki qaldı Ermənistanla Azərbaycan arasında bütün məsələlərin sülhlə həll olunması istəyinə, görəsən rəsmi Tehran Ermənistana bağışladığı külli miqdarda tank əleyhinə raketlər, Xankəndiyə gizli yollarla göndərdiyi terrorçularla buna töhfə verdiyini düşünür?

Yaxşı olar ki, 200 nəfər ekofəalın öz torpağında dinc aksiya keçirməsindən narahat olaraq dərhal Laçın yolundakı proseslərlə münasibət bildirməkdənsə, Tehran öz vətəndaşlarına atəş açmamağı, 3 aydır davam edən aksiyanın nəticələrini müzakirə etsə, daha yaxşı olar.

Amma yox, İran molla-fars rejimi illərdir "din" adı altında pərdələnərək Azərbaycana qarşı apardığı çirkin oyunlarını indi özü bir-bir qənşərə çıxartmaq məcburiyyətində qalıb. Belə ki, molla rejimi Azərbaycanda "vətən xaini" damğası alan - öz yetirmələri olan Əlikram Hümbətov adlı bu şərəfsizə anım günü keçirmək qərarına gəlib.

Azərbaycanda separatizmi təbliğ edən, Azərbaycanı parçalamaq üçün bir vaxtlar dəridən-qabıqdan çıxan Azərbaycan, türk düşməni olan bu şəxsə İran molla-fars rejiminin anım günü keçirməsi bir daha bu dövlətin iç üzünü açır, bir daha uzun illər bu rejimin "şiə qardaşı, din qardaşı" adı altında Azərbaycan xalqını aldadaraq bu xalqın bədbəxtçiliyi, qardaş davası yaratmaq, Azərbaycanın suverenliyini təhlükə altına atmaq üçün hansı məkirli planlar qurduğundan xəbər verir. 

Bəli, molla rejimi bu gün hər vəchlə can atır ki, Azərbaycan yenidən hərbi əməliyyatlara cəlb olunsun, regionda yeni müharibə başlansın. Nəticədə başda Fransa və İran olmaqla bundan istifadə edərək, Qarabağa ordu yeridərək Azərbaycanın 44 günlük müharibə ilə regionda yaratdığı yeni reallığı irimiqyaslı növbəti müharibə hesabına dəyişməyə çalışsınlar. Lakin rəsmi Bakı öz uzaqgörən xarici siyasəti ilə ona qarşı olan bu cür risklərin qarşısını uğurla alır, proseslərin ermənipərəstlərin istədiyi çəkildə inkişafına, həmin məcraya yönəlməsinə imkan vermir.

Amma bu, heç də o mənaya gəlmir ki, Azərbaycan ona qarşı olan ermənipərəst molla-fars rejiminin təhdidlərini, təxribatyönlü addımlarını, düşmənçilik toxumu səpməkdə davam edən qərarlarını kənardan izləməklə kifayətlənəcək. Bu gün Tehran rejiminin taleyinə aydınlıq gətirəcək qərar böyük ehtimalla Bakıda qəbul edilə bilər. Mola rejiminin ömrü Azərbaycanın çıxaracağı "hökmdən" asılıdır. 

Təhməz Əsədov Son.az

Xalq artisti itkin düşüb like
  • 06 Yan 11:37  
Şou-biznes Xalq artisti itkin düşüb

Rusiyanın Xalq artisti Tatyana Kravçenko itkin düşüb.

arrow Ətraflı
Molla rejimi cəlladlarını güllələyir  müəmmalı like
  • 06 Yan 11:29  
Siyasət Molla rejimi cəlladlarını güllələyir müəmmalı

İrandakı "Sazmane Bəsici Mustəzafin" ("Bəsic") könüll

arrow Ətraflı
Bakıda baş verən qətllə bağlı əməliyyat görüntüləri yayıldı like
  • 06 Yan 11:26  
Digərləri Bakıda baş verən qətllə bağlı əməliyyat görüntüləri yayıldı

Bu gün gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qayn

arrow Ətraflı
Yeni sosial islahat mərhələsinə keçid like
  • 06 Yan 11:15  
Digərləri Yeni sosial islahat mərhələsinə keçid

Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamət

arrow Ətraflı
Azərbaycanda hazırda yayılan virusla bağlı like
  • 06 Yan 11:04  
Digərləri Azərbaycanda hazırda yayılan virusla bağlı

Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.

arrow Ətraflı
Hansı sosial müavinətlər və təqaüdlər artırılacaq və nə zaman olacaq? like
  • 06 Yan 10:55  
Digərləri Hansı sosial müavinətlər və təqaüdlər artırılacaq və nə zaman olacaq?

Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sosial rifahının yaxş

arrow Ətraflı
KİV: "Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bilər” like
  • 06 Yan 10:53  
Dünya KİV: "Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bilər”

"Şimali Koreya lideri Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bil�

arrow Ətraflı
İsrailli ictimai xadim Arye Qutun adına mükafat təsis edilib  FOTO like
  • 06 Yan 10:42  
Siyasət İsrailli ictimai xadim Arye Qutun adına mükafat təsis edilib FOTO

ABŞ-Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyəti İsrail və Azərbaycan

arrow Ətraflı
Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü like
  • 06 Yan 10:31  
Digərləri Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü

Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonunundan keçən hissəs

arrow Ətraflı
2022ci ilin yadda qalan TƏYİNATLARI like
  • 06 Yan 10:20  
Digərləri 2022ci ilin yadda qalan TƏYİNATLARI

Başa vurduğumuz 2022-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb.

arrow Ətraflı
Bakıda avtomobilə yol verməyən sürücü küçədə like
  • 06 Yan 10:09  
Kriminal Bakıda avtomobilə yol verməyən sürücü küçədə

Bakıda iki sürücünün bir birinə yol verməməsi qətllə nəticələnib.

arrow Ətraflı
Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə tədbirlər planı imzalayıb like
  • 06 Yan 10:05  
Siyasət Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə tədbirlər planı imzalayıb

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azə

arrow Ətraflı
Vasif Talıbovun əmlaklarının sənədləri YOXA ÇIXDI like
  • 06 Yan 09:58  
Digərləri Vasif Talıbovun əmlaklarının sənədləri YOXA ÇIXDI

Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq

arrow Ətraflı
TƏBİB: Bayram günlərində 180 nəfər zəhərlənib, like
  • 06 Yan 09:47  
Digərləri TƏBİB: Bayram günlərində 180 nəfər zəhərlənib,

Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏB�

arrow Ətraflı
Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər like
  • 06 Yan 09:41  
Digərləri Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər

Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi il

arrow Ətraflı