Yeni sosial islahat mərhələsinə keçid
Digərləri 06 Yan 2023 11:15:00 540 0
Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasət mövsümi deyil, davamlı və sistemli xarakter daşıyır. Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam da davamlı və sistemli xaraket daşıyan fəaliyyətin tərkib hissəsidir. Bu Sərəncam son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.
Bu xəbəri də oxu: Qəzada həlak olan bələdçi uçuşdan öncə dostuna mesaj göndərib
Son.az Trend-ə istinadən bildirir ki, rəsmi məlumata görə, pensiya və əməkhaqqı artımı 800 min nəfəri əhatə edəcək.
Sərəncamın əhatə dairəsini təqdim edirik:
- Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək;
- Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək;
- Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Qeyd edək ki, son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.
Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.
Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sosial rifahının yaxş
"Şimali Koreya lideri Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bil�
ABŞ-Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyəti İsrail və Azərbaycan
Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonunundan keçən hissəs
Başa vurduğumuz 2022-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb.
Bakıda iki sürücünün bir birinə yol verməməsi qətllə nəticələnib.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azə
Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq
Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏB�
Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi il
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Rusiyalı rejissor, RSFSR xalq artisti Nikita Mixalkov koronavirusa yoluxaraq a�
İranın şərəfsiz molla rejimi Ələkrəm Hümbətovun anım mərasimini keç
Müğənni Xatirə İslam sosial şəbəkədə yeni fotosunu paylaşıb.