Ölü ilə danışmaq şirkdirmi?
Digərləri 05 Yan 2023 23:55:00 489 0
Quran Saleh (ə) Peyğəmbərin sözlərini ölülərə xatırladır. Bu nitq onun dövləti dağılandan sonra söylənilib.
Bu xəbəri də oxu: Xadimə, dalandar, bağban və fəhlələrin maaşı artırıldı Yanvarın 1dən
(əl-Əraf 7:77) Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!" - dedilər. (əl-Əraf 7:78) Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular). (əl-Əraf 7:79) (Saleh) onlardan üz döndərib belə dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!"
Lütfən bunu qeyd edin ki, Qurandakı bu ayələrə əsasən, Allah Salehin (ə) qövmünü məhv etdikdən sonra Saleh (ə) həmin qövmə müraciət edir. Buradan aydın olur ki, ölülərin ruhları eşidə bilir, belə olmayan halda Salehin (ə) öz xalqına müraciətinin mənası nə ola bilər? Yoxsa sələfilər Salehin Faydasız iş gördüyünü və Müşrik olduğunu düşünürlər (İbn Abdul Vahhabın sözlərinə görə, əgər bir nəfər ölülərin eşitməsini düşünürsə, bu o deməkdir ki, o şəxs müşrikdir)? Bəs nə üçün Allah bu faydasız və siyasi işi Quranda xatırlatmışdır?
İkincisi, sələfilər Salehin (ə) nitqinin hər bir şəxsə və ya öz dövlətindəki hər bir ölüyə çatdırılması üçün Uca Səslə danışan Natiqlərdən istifadə etdiyini düşünürlər? Xeyr, o uca səslə danışan natiqlərdən istifadə etməmişdir, çünki Müqəddəs Quran onun xalqının hər bir nümayəndəsinin bu nitqi eşitməsinə şahidlik edir.
Bu açıq-aydın göstərir ki, yaxınlıqdan və ya uzaqdan gələn çağırışların ölülər üçün heç bir fərqi yoxdur. Onların eşitmə imkanları canlıların (dirilərin) eşitmə imkanlarından fərqlidir və onlar bir-biri ilə müqayisə oluna bilməz. Əgər bir şəxs müqayisə edirsə o, əlbəttə ki, səhvə yol vermiş olur.
Allah bu imkanların nə olduğunu bizə bildirməyib, lakin Quran ölülərin yaxın və ya uzaq olmasından asılı olmayaraq bizi eşitməsinə şahidlik edir. Buna inanmaq üçün bu bizə kifayətdir.
Üçüncüsü, nə üçün sələfilər Salehin (ə) öz ölmüş xalqına "Ey Qövmüm" deməsini normal qəbul edirlər, amma bizim "Ya Rəsulallah" deməizi şirk hesab edirlər?
Şuayb Peyğəmbərin ölülərlə danışması Qurandan ayələr:
(əl-Əraf 7:91) Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular). (əl-Əraf 7:92) Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular. (əl-Əraf 7:93) (Şüeyb) onlardan üz döndərib dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?"
Rəsulallah (saas) Bədr döyüşündə öldürülmüş küffarlara müraciətində
İbn Ömər tərəfindən söylənilmişdir: "Allahın Elçisi (s) quyuda basdırılmış insanlarla danışaraq demişdir: "İndi Rəbbinizin sizə verdiyi vədinin doğru olduğunu gördünüzmü?". Sonra kimsə ucadan dedi: "Sən ölülərəmi səslənirsən!". Peyğəmbər cavab verdi: "Onlar sizdən daha yaxşı eşidir, lakin onlar cavab verə bilmirlər. Səhih, Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 452
Əbu Təlha tərəfindən söylənilmişdir: "Bədr günündə Peyğəmbər (s) əmr verdi ki, Qüreyşlilərin 24 başçısının cəsədləri Bədrin çirkli dərin quyularından birinə atılsın. O quyunun kənarında dayanan zaman Allahsız Qüreyş cəsədlərinin adları və atalarının adları ilə onlara müraciət etdi: "Ey filankəsin oğlu filankəs! Allaha və onun elçisinə boyun əysəydin razı qalardın. Rəbbimizin bizə verdiyi vədin doğru olduğunu bildik. Sən də Allahın sənə verdiyi vədin doğru oduğunu anladınmı?" Ömər dedi: "Ey Allahın elçisisi! Sən ruhu olmayan cəsədlərlə danışırsan!" Allahın elçisisi dedi: "Allaha and olsun ki, onlar sizdən daha yaxşı eşidir." (Qatada dedi: "Allah onları yenidən diriltdi ki, onlar peyğəmbəri və onun töhmətlərini eşitsinlər, peyğəmbərin qisası alınsın və onları məcbur etdi ki, özlərini tam peşman olmuş və kədərlənmiş hiss etsinlər.") Səhih Buxari, 5-ci cild, 59-cu kitab, hədis № 314 Və Ənəs b. Malik dedi ki: Allahın elçisi (saas) Bədrdə döyüşmüş kafirlərin cəsədlərini üç gün basdırılmamış halda qoydu. Sonra o onların yanına gələrək orada əyləşdi və onları çağıraraq dedi: Ey Əbu Cəhl b. Hişam, Ey Üməyyə b. Xələf, Ey Utba b. Rab`ilə, Ey Şaibə b. Rəbiyə Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anlamadınızmı? Mənə gəlincə isə, mənim Rəbbimin vədlərinin tamamilə doğru olmasını bilirəm. Ömər Allah elçisinin (saas) sözlərini dinlədi və dedi: Ey Allahın elçisi, onlar səni necə eşidib cavab verə bilər? Onlar ölüblər və onların cəsədləri çürüyüb. Bundan sonra, o (müqəddəs peyğəmbər) dedi: Allaha and olsun ki, mənim dediklərimi onlar sizdən daha aydın eşidirlər, lakin onların cavab vermək qüdrəti yoxdur. Sonra o göstəriş verdi ki, onlar Bədr quyusunda dəfn olunsun. Səhih Muslim, 040-cı kitab, hədis № 6869
İbn Şihab tərəfindən söylənilmişdir: Bunlar Allah elçisinin vuruşduğu döyüşlərdir və Bədr döyüşünü xatırlayarkən o dedi: Kafirlərin cəsədləri quyuya atılarkən Allahın elçisi onlara dedi: "Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anladınızmı?" Abdullah dedi: "Peyğəmbərin dostlarından bəziləri dedi: " Ey Allahın elçisi! Sən ölmüş insanlara müraciət edirsən? Allahın elçisi cavab verdi: Mənim dediklərimi onlar sizdən daha yaxşı eşidirlər." Səhih Buxari, 5-ci cild, 59-cu kitab, hədis № 360 (xalil islami)
Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisin
Nəql olunmuş hədislərin bir qismi, Quranın üzündən oxunmasının onun ə
Başın dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncam�
Qaradağ rayonunun Sahil qəsəbəsində həyət evlərində birində yanğın b
Mütəvəkkil, (Abbasi xəlifəsi) Əli (ə) övladlarıyla qatı düşmən idi.
Ohayo Dövlət Universitetinin alimləri siqaret çəkənlərdə yaddaş itkisi
Yuxusuzluq insanın orqanizmi üçün çox ziyanlıdır. Bu halda insanın sinir
İnsan yaşlandıqca damarlarda tromb əmələ gəlməsi riski artır.
İmam Sadiq (ə) buyurur: Cəbrayıl, Peyğəmbər (s)-n yanına gəlib ona diş
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiya Prezidenti Vladimir P
ABŞ-ın Kaliforniya ştatında güclü fırtına nəticəsində 180 minə yaxı
Bildiyimiz kimi, zeytun yağı insan orqanizmi üçün çox xeyirlidir. Fransal�
Azərbaycanda mobil operatorların 2022-ci ilin yanvar-noyabr aylarında əldə