Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir?


Digərləri 05 Yan 2023 16:38:00 572 0

Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir?

Bir müddətdir Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və həftələrlə davam edir. 

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sosial şəbəbələrdə ana səhifəsi hər yeniləyəndə virusla bağlı 10-a yaxın statusa rast gəlinir. Təhlükəli virus daşıyıcıları 40-a çatan yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər. Xüsusən, qulaqlarda uğultu, tutulma, baş ağrılarından əziyyət çəkdiklərini deyən xəstələr bir neçə gün sonra xəstəliyin yüngülləşdiyini, lakin qəflətən təkrar yüksək hərarətin başladığını qeyd edirlər. Hətta təhlükəli virusun COVID-19-un "omicron" ştamı, "donuz qripi" olması ilə bağlı iddialara da rast gəlinir. 

Səhiyyə Nazirliyi də bir neçə gün əvvəl kəskin respirator virus infeksiyası ilə bağlı əhaliyə xəbərdarlıq etmişdi. Bildirilirdi ki, bəzi şəxslərdə xəstəlik əlamətlərinin qısa müddətdən sonra yenidən qayıtması və xəstəliyin dalğavari gedişi onlarda immunitetin zəif olması, ikincili bakterial infeksiyanın qoşulması və ya başqa respirator virusa yeni yoluxma ilə əlaqəli ola bilər. 

Ölkədəki infeksion vəziyyətlə bağlı infeksionist Vüqar Cavadzadənin fikirlərini öyrəndik. Həkimin sözlərinə görə, son günlərdə yayılan xəstəlik havaların soyuması ilə yayılan mövsümi, kəskin respirator virus infeksiyalarıdır. Hazırda xəstlərdə müşahidə olunan da daha çox qrip əlamətlərinə oxşayır: "Qəflətən başlaması, kəskin əlamətlərlə müşahidə edilməsi qrip xəstəliyindən xəbər verir. Müşahidələr göstərir ki, bu xəstələr ailədaxili, ev şəraitində yoluxurlar. İstər böyüklər, istərsə də uşaqlar arasında rast gəlinir. Xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir. Bura yüksək temperatur, baş və əzələ ağrıları, iştahsızlıq, halsızlıq daxildir. Bunlar 2-3 gündən sonra keçib gedir və xəstələrin həyatı üçün hər hansı təhlükəli məqam yoxdur". 

Yayılan virusun indiyə qədər keçirdiyimiz qripə bənzəməməsi, "omicron" ştamı və ya "donuz qripi" olması ilə bağlı iddialara gəlincə isə, həkim sözügedən infeksiyanın əlamətlərinin qripə bənzədiyini bildirib: "Burada "omicron"a bənzər əlamət yoxdur. Bu ştam başlayanda boğaz ağrısı ilə başlayır və 37-38 dərəcə temperatur olur. Həm də tədricən başlayır. Amma qrip kəskin başlayır və yüksək temperatur müşahidə olunur. Xəstələrdə demək olar ki, boğaz ağrısı müşahidə edilmir, daha çox quru öskürək olur. Bu əlamətlər qripəbənzər əlamətlərdir. Bu xəstələrdə intoksikasiya sindromu müşahidə edilir. Xəstəliyin azalıb-artması dalğavari xarakter daşıyır. Bu cəmiyyətdə xəstə şəxslərin insanları nə qədər yoluxdurmasından asılıdır. Xəstə şəxs, virus daşıyıcısı cəmiyyət içərisinə daha çox çıxırsa, qapalı məkanlarda daha çox olursa, daha çox insanın yoluxdurulmasına səbəb olur". 

İnfeksionistin sözlərinə görə, COVID-19-da olduğu kimi, bu infeksiyadan qorunmaq üçün də ilk növbədə məsafə saxlanılmalı, qapalı məkanlarda maska taxılmalıdır: "Otağın havası yenilənməli, mövsümə uyğun geyinilməlidir. Evdə geyinilən paltarla çölə çıxmaq olmaz. Açıq havada çox gəzmək lazımdır. Vitaminli-minerallı qidalar, meyvə-tərəvəz yemək lazımdır. Ehtiyac olarsa, tabletka şəklində olan polivitaminlər içilməlidir". 

Daşınmaz əmlak bazarında bu il bahalaşma olacaq? like
  • 05 Yan 16:29  
Digərləri Daşınmaz əmlak bazarında bu il bahalaşma olacaq?

Ötən il daşınmaz əmlak bazarında nəzərə çarpacaq dərəcədə bahalaş

arrow Ətraflı
Zamirə Ədilova TƏBİBin departament rəhbəri oldu like
  • 05 Yan 16:23  
Digərləri Zamirə Ədilova TƏBİBin departament rəhbəri oldu

TƏBİB-də ictimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi, kütləv

arrow Ətraflı
Qərbi azərbaycanlıların siyahıya alınması bu qayda ilə aparılacaq like
  • 05 Yan 16:21  
Digərləri Qərbi azərbaycanlıların siyahıya alınması bu qayda ilə aparılacaq

Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla bağlı siyahıyaal

arrow Ətraflı
Seda Sayandan örnək addım like
  • 05 Yan 16:18  
Şou-biznes Seda Sayandan örnək addım

Türkiyəli müğənni Seda Sayan örnək addımıyla gündəmə gəlib.

arrow Ətraflı
96 ailə mavi yanacağa həsrətdir like
  • 05 Yan 16:17  
Digərləri 96 ailə mavi yanacağa həsrətdir

96 ailə mavi yanacaga həsrətdir. 31 il əvvəl sakinlərin istifadəsinə ver

arrow Ətraflı
Heydər Əliyev Sarayında uşaqlar üçün tamaşa keçirilib  VİDEO  FOTO like
  • 05 Yan 16:06  
Digərləri Heydər Əliyev Sarayında uşaqlar üçün tamaşa keçirilib VİDEO FOTO

Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri əyləncəli-i

arrow Ətraflı
Kəlbəcərdə beş su elektrik stansiyasının tikintisi yekunlaşır like
  • 05 Yan 15:55  
Digərləri Kəlbəcərdə beş su elektrik stansiyasının tikintisi yekunlaşır

Kəlbəcərdə 5 yerdə tikilən kiçik su elektrik stansiyalarında, Laçında

arrow Ətraflı
Kreml PutinƏrdoğan danışığının detallarını açıqlayıb like
  • 05 Yan 15:44  
Siyasət Kreml PutinƏrdoğan danışığının detallarını açıqlayıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan

arrow Ətraflı
Maaş və pensiya artımı kimlərə şamil ediləcək? like
  • 05 Yan 15:33  
Digərləri Maaş və pensiya artımı kimlərə şamil ediləcək?

Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yax�

arrow Ətraflı
Məktəbli qız qəfil vəfat etdi like
  • 05 Yan 15:22  
Digərləri Məktəbli qız qəfil vəfat etdi

Yanvarın 3-ü Neftçalada məktəbli qız qəflətən dünyasını dəyişib.

arrow Ətraflı
Tanınmış radio aparıcısı öldürüldü  Sevgilisi şübhəli bilinir  FOTO like
  • 05 Yan 14:59  
Dünya Tanınmış radio aparıcısı öldürüldü Sevgilisi şübhəli bilinir FOTO

Moskvada "Russkoqo radio Voloqda" radiosunun 34 yaşlı aparıcısı A

arrow Ətraflı
Ukrayna müharibəsinin 2023cü il üçün PROQNOZU like
  • 05 Yan 14:58  
Siyasət Ukrayna müharibəsinin 2023cü il üçün PROQNOZU

"Müharibənin necə bitəcəyinə hələ də şübhə edənlər üçün Pu

arrow Ətraflı
"Adını yazıb Qasanaga, qlamur olub"  VİDEO like
  • 05 Yan 14:50  
Şou-biznes "Adını yazıb Qasanaga, qlamur olub" VİDEO

Aparıcı Zümrüd Bədəlova TikTok-un canlı yayımında izləyicilərindən b

arrow Ətraflı
Sarayda evlərdə çatlar yaranıb  Səbəb budur  VİDEO like
  • 05 Yan 14:42  
Digərləri Sarayda evlərdə çatlar yaranıb Səbəb budur VİDEO

Kanalizasiya sisteminin olmaması evlərdə iri çatlar əmələ gətirib. Sak

arrow Ətraflı
Sosial müavinətlər və təqaüdlər artırılacaq like
  • 05 Yan 14:40  
Siyasət Sosial müavinətlər və təqaüdlər artırılacaq

Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sa

arrow Ətraflı