Qərbi azərbaycanlıların siyahıya alınması bu qayda ilə aparılacaq
Digərləri 05 Yan 2023 16:21:00 495 0
Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla bağlı siyahıyaalma prosesi başlayıb.
Bu xəbəri də oxu: Xəsarət alanlar Azərbaycana gətirilə bilər? AÇIQLAMA
Bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar bu gün mətbuata açıqlamasında deyib.
O qeyd edib ki, ötən əsrdə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın siyahıya alınması prosesi ilk olaraq 1988-1991-ci illərdə həmin ərazilərdən çıxarılanlarla bağlı aparılır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır. Onların şəxsiyyət vəsiqələri (pasport), həmçinin, Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədləri var.
Ü.Zülfiqar bildirib ki, xronologiya baxımından sonuncu deportasiya (1988-1991-ci illər) yaxın vaxtda baş verdiyindən işimizin daha sürətli getməsi üçün prosesə həmin dövrdən başlamışıq: "Həmin dövrdə azərbaycanlıların yaşadıqları 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi hazırda siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir".
O qeyd edib ki, əlavə olaraq digər deportasiyalar (1905, 1918-1920, 1948-1953) zamanı ata-baba yurdlarından çıxarılan azərbaycanlılar da qeydiyyata alınır.
"Lakin hələ ki, əsas diqqət 1988-1991-ci illərdəki deportasiyaya yönəldilib. Bu proses yekunlaşandan sonra digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı tam şəkildə aparılacaq", - deyə o əlavə edib.
96 ailə mavi yanacaga həsrətdir. 31 il əvvəl sakinlərin istifadəsinə ver
Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri əyləncəli-i
Kəlbəcərdə 5 yerdə tikilən kiçik su elektrik stansiyalarında, Laçında
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan
Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yax�
Yanvarın 3-ü Neftçalada məktəbli qız qəflətən dünyasını dəyişib.
Moskvada "Russkoqo radio Voloqda" radiosunun 34 yaşlı aparıcısı A
"Müharibənin necə bitəcəyinə hələ də şübhə edənlər üçün Pu
Aparıcı Zümrüd Bədəlova TikTok-un canlı yayımında izləyicilərindən b
Kanalizasiya sisteminin olmaması evlərdə iri çatlar əmələ gətirib. Sak
Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sa
Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sa
Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılma