Azərbaycanın İsraildə səfirliyinin açılması ilə ikitərəfli münasibətlər tamam başqa səviyyəyə çatacaq


Siyasət 05 Yan 2023 16:54:00 419 0

Azərbaycanın İsraildə səfirliyinin açılması ilə ikitərəfli münasibətlər tamam başqa səviyyəyə çatacaq

Azərbaycanın İsraildə səfirliyinin açılması ilə ikitərəfli münasibətlər tamam başqa səviyyəyə çatacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qüdsdəki İvrit Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun əməkdaşı, iranşünaslıq üzrə ekspert Vladimir Mesamed STMEGI-yə deyib.

"Ötən 2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün çox mühüm il oldu və ən əsası, ikitərəfli münasibətlərdə uzun müddət davam edən asimmetriyaya son qoyuldu. Azərbaycanın Milli Məclisi Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı qərar qəbul etdi", - ekspert bildirib.

Onun sözlərinə görə, bu, çox böyük hadisədir, çünki İsrail çoxdan Azərbaycanı özünün strateji tərəfdaşı kimi görür.

"Burada heç bir sübut təqdim etməyə ehtiyac yoxdur. Bizim bir-birimizə ehtiyacımız var, bir-birimizə əsaslanaraq inkişaf edirik. Hesab edirəm ki, bu, həqiqətən də bizim mehriban qonşuluğumuzun və tərəfdaşlıq münasibətlərimizin inkişafının sütunudur. Məsələ orasındadır ki, əgər biz postsovet məkanına nəzər salsaq, o zaman əlaqələrimizin həcminə, intensivliyinə, münasibətlərin inkişaf dinamikasına görə Azərbaycan çoxdan birinci yeri tutub və bu yer danılmazdır. Hazırda baş verənlər, sadəcə, halqanı bağladı və hər şeyin lazım olduğu kimi getdiyini göstərdi. Bu, İsraildə çox yüksək qiymətləndirildi, xüsusən də keçmiş baş nazir Yair Lapid və İsrail hökumətinin bütün nazirləri buna müsbət reaksiya verdilər. Bundan əlavə, biz bilirik ki, Bakı ilə əlaqələr həmişə yaxşı inkişaf edib. Həm mərhum Prezident Şimon Peresin, həm də indiki Baş nazir Benyamin Netanyahunun Azərbaycana səfərini xatırlatmaq kifayət edir. Netanyahunun Bakıya səfəri çərçivəsində təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı daha da genişləndirən mühüm saziş imzalanıb.

Azərbaycanın İsraildə səfirliyinin açılması qərarından əvvəl Azərbaycanda turizm və ticarət nümayəndəlikləri açılıb və onlar uğurla fəaliyyət göstərirlər. Azərbaycanın İsraildəki səfirliyi də bir il ərzində fəaliyyətə başlayacaq. Hazırda binanın tikinti işləri gedir. Əminəm ki, səfirliyin açılması ilə ikitərəfli münasibətlər müəyyən dəyişikliklərə məruz qalacaq və tamamilə fərqli səviyyəyə qalxacaq", - deyə V.Mesamed bildirib.

İsrailli politoloqun sözlərinə görə, demək olar ki, bütün sahələrdə əməkdaşlıq üçün yaxşı potensial var: "Açıq desək, münasibətlər o qədər çox sahələrdə inkişaf edib ki, buraya nəsə əlavə etmək çətindir. Bura yüksək texnologiyalar sektoru, həmçinin, turizm, kənd təsərrüfatı və təhlükəsizlik sahələri daxildir. Sahələr həddindən artıq çoxdur. Azərbaycan İsrailə neft tədarükündə, İsrail isə silah tədarükündə kömək edir. Dünyadakı vəziyyət münasibətlərin dinamikası üçün əlverişli olmasa da, bu il biz yeni kontraktlar, yeni müqavilələr, yeni razılaşmalar, yeni anlaşma memorandumları gözləyirik. Buna mane olan bir çox amil var. Ancaq biz hesab edirik ki, onlar ölkələrimiz arasında yaxınlaşma prosesini ləngitməyəcək".

Son.az 

Küçə adlarındakı səhvlər like
  • 05 Yan 16:51  
Digərləri Küçə adlarındakı səhvlər

Paytaxtın mərkəzi küçələrindən hesab olunan Afiyəddin Cəlilov küçəs

arrow Ətraflı
"Mənim torba paltarlarım bədənimə görə utancımın nəticəsidir" like
  • 05 Yan 16:40  
Şou-biznes "Mənim torba paltarlarım bədənimə görə utancımın nəticəsidir"

Müğənni Billi Ayliş ilk dəfə "Vogue" jurnalının üz qabığı

arrow Ətraflı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? like
  • 05 Yan 16:38  
Digərləri Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir?

Bir müddətdir Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayıl�

arrow Ətraflı
Daşınmaz əmlak bazarında bu il bahalaşma olacaq? like
  • 05 Yan 16:29  
Digərləri Daşınmaz əmlak bazarında bu il bahalaşma olacaq?

Ötən il daşınmaz əmlak bazarında nəzərə çarpacaq dərəcədə bahalaş

arrow Ətraflı
Zamirə Ədilova TƏBİBin departament rəhbəri oldu like
  • 05 Yan 16:23  
Digərləri Zamirə Ədilova TƏBİBin departament rəhbəri oldu

TƏBİB-də ictimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi, kütləv

arrow Ətraflı
Qərbi azərbaycanlıların siyahıya alınması bu qayda ilə aparılacaq like
  • 05 Yan 16:21  
Digərləri Qərbi azərbaycanlıların siyahıya alınması bu qayda ilə aparılacaq

Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla bağlı siyahıyaal

arrow Ətraflı
Seda Sayandan örnək addım like
  • 05 Yan 16:18  
Şou-biznes Seda Sayandan örnək addım

Türkiyəli müğənni Seda Sayan örnək addımıyla gündəmə gəlib.

arrow Ətraflı
96 ailə mavi yanacağa həsrətdir like
  • 05 Yan 16:17  
Digərləri 96 ailə mavi yanacağa həsrətdir

96 ailə mavi yanacaga həsrətdir. 31 il əvvəl sakinlərin istifadəsinə ver

arrow Ətraflı
Heydər Əliyev Sarayında uşaqlar üçün tamaşa keçirilib  VİDEO  FOTO like
  • 05 Yan 16:06  
Digərləri Heydər Əliyev Sarayında uşaqlar üçün tamaşa keçirilib VİDEO FOTO

Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri əyləncəli-i

arrow Ətraflı
Kəlbəcərdə beş su elektrik stansiyasının tikintisi yekunlaşır like
  • 05 Yan 15:55  
Digərləri Kəlbəcərdə beş su elektrik stansiyasının tikintisi yekunlaşır

Kəlbəcərdə 5 yerdə tikilən kiçik su elektrik stansiyalarında, Laçında

arrow Ətraflı
Kreml PutinƏrdoğan danışığının detallarını açıqlayıb like
  • 05 Yan 15:44  
Siyasət Kreml PutinƏrdoğan danışığının detallarını açıqlayıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan

arrow Ətraflı
Maaş və pensiya artımı kimlərə şamil ediləcək? like
  • 05 Yan 15:33  
Digərləri Maaş və pensiya artımı kimlərə şamil ediləcək?

Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yax�

arrow Ətraflı
Məktəbli qız qəfil vəfat etdi like
  • 05 Yan 15:22  
Digərləri Məktəbli qız qəfil vəfat etdi

Yanvarın 3-ü Neftçalada məktəbli qız qəflətən dünyasını dəyişib.

arrow Ətraflı
Tanınmış radio aparıcısı öldürüldü  Sevgilisi şübhəli bilinir  FOTO like
  • 05 Yan 14:59  
Dünya Tanınmış radio aparıcısı öldürüldü Sevgilisi şübhəli bilinir FOTO

Moskvada "Russkoqo radio Voloqda" radiosunun 34 yaşlı aparıcısı A

arrow Ətraflı
Ukrayna müharibəsinin 2023cü il üçün PROQNOZU like
  • 05 Yan 14:58  
Siyasət Ukrayna müharibəsinin 2023cü il üçün PROQNOZU

"Müharibənin necə bitəcəyinə hələ də şübhə edənlər üçün Pu

arrow Ətraflı