Sülhməramlıların avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradıldı
Digərləri 03 Yan 2023 10:01:00 422 0
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bu xəbəri də oxu: Ölçüsü kiçik, qiyməti isə az qala mənzillərlə eynidir
Son.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 23 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Son.az
Sabirabad Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlan�
Müğənni Nazənin Salayevanın prodüseri Pərviz Fəqan atmacalı paylaşım�
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istisma
Böyük Britaniya dəniz külək enerjisindən istifadə sahəsində təcrübəs
Avropa İttifaqı Şimali Koreyanı tam və dönməz nüvəsizləşdirmə yolu i
Argentinadan ABŞ-a göndərilən qutudan kəsilmiş uşaq başı çıxıb.
ABŞ və Qərb Qasım Süleymaninin öldürülməsi ilə bağlı təhqiqata mane
Bakı - Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanaca
Meksikanın Çihuahua ştatının Syudad Xuarez şəhərindəki 3 saylı həbsxa
Türkiyəni daxilindən çökdürməyə can atanların planlarını pozmaqla kif