Aksiya iyirmi üç gündür davam edir:


Digərləri 03 Yan 2023 09:31:00 1213 0

Aksiya iyirmi üç gündür davam edir:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi üç gündür davam edir.

Son.az xəbər verir ki, keçən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son.az 

Britaniya bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır like
  • 03 Yan 09:07  
Siyasət Britaniya bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Böyük Britaniya dəniz külək enerjisindən istifadə sahəsində təcrübəs

arrow Ətraflı
Türkiyə Bolqarıstana qaz satmağa like
  • 03 Yan 09:00  
Digərləri Türkiyə Bolqarıstana qaz satmağa

Türkiyə Bolqarıstana qaz satmağa başlayacaq.

arrow Ətraflı
Darsonvalizasiya like
  • 03 Yan 08:59  
Digərləri Darsonvalizasiya

Darsonvalizasiya - dəyişik, yüksək tezlikli, yüksək gərginlikli ( saniyə

arrow Ətraflı
Aİ Şimali Koreyanı tam nüvəsizləşməyə like
  • 03 Yan 08:58  
Siyasət Aİ Şimali Koreyanı tam nüvəsizləşməyə

Avropa İttifaqı Şimali Koreyanı tam və dönməz nüvəsizləşdirmə yolu i

arrow Ətraflı
Gömrükdə bağlamadan kəsilmiş uşaq başı çıxdı like
  • 03 Yan 08:57  
Dünya Gömrükdə bağlamadan kəsilmiş uşaq başı çıxdı

Argentinadan ABŞ-a göndərilən qutudan kəsilmiş uşaq başı çıxıb.

arrow Ətraflı
Genital herpes like
  • 03 Yan 08:55  
Digərləri Genital herpes

Genital herpes - cinsi orqanlar nahiyyəsində ağrılarla müşayiət olunan yo

arrow Ətraflı
İran Süleymaninin qətlini araşdırır, ABŞ like
  • 03 Yan 08:53  
Siyasət İran Süleymaninin qətlini araşdırır, ABŞ

ABŞ və Qərb Qasım Süleymaninin öldürülməsi ilə bağlı təhqiqata mane

arrow Ətraflı
Türkiyədəki suriyalıların sayı like
  • 03 Yan 08:52  
Siyasət Türkiyədəki suriyalıların sayı

Türkiyədə 3 milyon 535 min 898 suriyalı yaşayır.

arrow Ətraflı
BakıAstara yolunda güclü like
  • 03 Yan 08:51  
Digərləri BakıAstara yolunda güclü

Bakı - Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanaca

arrow Ətraflı
Bartolinit like
  • 03 Yan 08:51  
Digərləri Bartolinit

Bartolinit uşaqlıq yolunun dəhlizində yerləşən bartolin vəzinin iltihab�

arrow Ətraflı
Meksikada həbsxanaya hücum: like
  • 03 Yan 08:50  
Dünya Meksikada həbsxanaya hücum:

Meksikanın Çihuahua ştatının Syudad Xuarez şəhərindəki 3 saylı həbsxa

arrow Ətraflı
Türkiyənin əsas hədəfləri Qərbi sarsıdır: Ərdoğandan like
  • 03 Yan 08:49  
Siyasət Türkiyənin əsas hədəfləri Qərbi sarsıdır: Ərdoğandan

Türkiyəni daxilindən çökdürməyə can atanların planlarını pozmaqla kif

arrow Ətraflı
Britaniya SEPAHı terror təşkilatı kimi like
  • 03 Yan 08:48  
Dünya Britaniya SEPAHı terror təşkilatı kimi

Britaniya hakimiyyəti yaxın həftələrdə İslam İnqilabı Keşikçiləri Ko

arrow Ətraflı
35 metrlik beton dirəyin içərisinə yıxılan uşaq like
  • 03 Yan 08:47  
Dünya 35 metrlik beton dirəyin içərisinə yıxılan uşaq

Vyetnamın Donq Thap əyalətində qəribə hadisə baş verib.

arrow Ətraflı
Vegener qranulamatozu like
  • 03 Yan 08:46  
Digərləri Vegener qranulamatozu

Vegener qranulamatozu sistem vaskulitlərin müxtəlifliyini göstərən xəstə

arrow Ətraflı