Səddam Hüseynlə bağlı 20 İLLİK SİRRİN üstü açıldı ŞOK DETALLAR


Dünya 02 Yan 2023 21:54:00 277 0

Səddam Hüseynlə bağlı 20 İLLİK SİRRİN üstü açıldı  ŞOK DETALLAR

İkinci Körfəz Müharibəsindən sonra itkin düşən və bir müddət ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən axtarılan Səddam Hüseyni əsir götürən əsgər sükutu pozub. ABŞ əsgərinin açıqlaması ilə 20 illik sirr deşifrə edilib...

İraq lideri Səddam Hüseynin 2003-cü ildə ələ keçirildiyi əməliyyatla bağlı yeni məlumatlar ortaya çıxıb.

Son.az musavat.com-a istinadən bildirir ki,ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Bağdada girdikdən sonra yoxa çıxan Səddam Hüseyni tutan əsgər diqqətçəkən açıqlamalar verib.

Kevin Hollandın açıqlamaları ilə 20 ilin sirrin üstü açılıb.

Holland gələn xəbərdarlıqdan sonra bölgəyə getdiklərini və əməliyyatla bağlı bilinməyənləri açıqlayıb. Səddamı gizləndiyi yerdən Texas əsgərinin çıxardığını bildirən Holland devrilmiş lideri yanında silah olması ehtimalını nəzərə alaraq saxladıqlarını bildirib.

"Səddamı sonradan bağladıq və dedik ki, prezident Buş sizə salamlarını göndərir. Səddam bizə ingiliscə danışıqlara açıq olduğunu söylədi, biz isə artıq gec olduğunu bildirdik" - əsgər deyib.

Çəkdikləri görüntülərin ABŞ mətbuatında dərc olunduğunu bildirən Holland devrilmiş liderin bu qədər müddət bir çuxurda necə sağ qaldığı sualına cavab verib: "O, orada çox qalmadı və bölgədə iki mühafizəçisi var idi".

1937-ci ildə Tikritdə anadan olan Səddamın siyasətlə ilk tanışlığı gənclik illərinə təsadüf edir. Həmin günlərdə ərəb dünyasına hakim olan millətçi-azadlıq və anti-imperialist küləyinə özünü qapdıran Səddam gənc yaşlarında Baas Partiyasına qoşulub. Onun 1956-cı ildə çevriliş cəhdi uğursuz olub. Monarxiyaya son qoyulmasından sonra baş nazir Əbdül Kərim Hassamı öldürmək üçün yaradılmış sui-qəsd təşkilatında mühüm rol oynayıb. Lakin bu hadisənin üstü açıldığı üçün Səddam ölkədən qaçmağa məcbur olub, 1963-cü ildə Baas Partiyası hakimiyyətə gəldikdən sonra ölkəsinə qayıdıb. Bu arada əmisi qızı Sacide ilə ailə qurub, ikisi oğlan, üçü qız olmaqla beş övladı dünyaya gəlib. Lakin illər keçdikcə onunla Baas Partiyası arasında fikir ayrılıqları dərinləşməyə başlayıb, münaqişələr şiddətləndikdə Səddam həbs olunub.

1968-ci il çevrilişi Səddamı həbsdən xilas edib. Partiyada sürətlə yüksələn Səddam barışmaz qətiyyəti və möhkəmliyi sayəsində Baas-in ən mühüm strukturlarından biri olan İnqilab Şurasına daxil olub. Zamanla o öz mövqeyini möhkəmləndirib və prezident Əhməd Həsən Bəkrinin hakimiyyətinin arxasındakı əsas güc mənbəyinə çevrilib. 1979-cu ildə o, dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirib. İlk növbədə o, rəqiblərinə qarşı amansız "məhv" kampaniyasına başlayıb. O vaxtdan Səddam öz iqtidarını güclü kəşfiyyat şəbəkəsinə əsaslanan repressiv metodlar üzərində qurur. O, səsini qaldıranları öldürməkdən çəkinməyib.

NATO generalı: Ukrayna savaşı bu tarixdə bitəcək! like
  • 02 Yan 21:48  
Dünya NATO generalı: Ukrayna savaşı bu tarixdə bitəcək!

NATO-nun keçmiş generalı Hans-Lotar Domreze Rusiya və Ukraynanın 2023-cü i

arrow Ətraflı
"Türkiyədən heç kim susqunluq gözləməməlidir" like
  • 02 Yan 21:41  
Dünya "Türkiyədən heç kim susqunluq gözləməməlidir"

Ankara ABŞ-nin Suriyanın şimalında terror təşkilatlarına qarşı mübariz

arrow Ətraflı
Oteldə DƏHŞƏTLİ YANĞIN  3 nəfər öldü like
  • 02 Yan 21:34  
Dünya Oteldə DƏHŞƏTLİ YANĞIN 3 nəfər öldü

Şotlandiyanın Pert şəhərində oteldə baş verən yanğında 3 nəfər öl�

arrow Ətraflı
Ukrayna bu ərazilərdə 70 əsgərini itirdi like
  • 02 Yan 21:27  
Dünya Ukrayna bu ərazilərdə 70 əsgərini itirdi

Kupyansk və Liman istiqamətində sutka ərzində 70 ukraynalı döyüşçü ö

arrow Ətraflı
Avtomobil 48 yaşlı qadını vurub like
  • 02 Yan 21:21  
Digərləri Avtomobil 48 yaşlı qadını vurub

Sabirabadda avtomobil 48 yaşlı qadını vurub.

arrow Ətraflı
Şəkildəki qatil kimdir? Onu 10 saniyədə tapan insanların IQsü ən azı 150dir! like
  • 02 Yan 21:14  
Digərləri Şəkildəki qatil kimdir? Onu 10 saniyədə tapan insanların IQsü ən azı 150dir!

Son.az oxu24.com-a istinadən oxuculara məntiq testini təqdim edir.

arrow Ətraflı
Ötən il işğaldan azad edilmiş ərazilərdə tapılan minaların sayı AÇIQLANDI  FOTO like
  • 02 Yan 21:07  
Digərləri Ötən il işğaldan azad edilmiş ərazilərdə tapılan minaların sayı AÇIQLANDI FOTO

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməl

arrow Ətraflı
"Baykar"ın illik gəliri açıqlandı like
  • 02 Yan 20:53  
Dünya "Baykar"ın illik gəliri açıqlandı

Türkiyənin "Baykar" şirkəti 18 ölkə ilə yeni ixracat anlaşmas�

arrow Ətraflı
Makeyevkada ölən yüzlərlə çağırışçı eyni vilayətdən olub like
  • 02 Yan 20:32  
Dünya Makeyevkada ölən yüzlərlə çağırışçı eyni vilayətdən olub

Xəbər verildiyi kimi rus qoşunlarının zəbt etdiyi Makeyevkada Ukrayna ordu

arrow Ətraflı
Təyyarə güclü hava boşluğu zonasına düşüb, xəsarət alanlar var like
  • 02 Yan 20:25  
Dünya Təyyarə güclü hava boşluğu zonasına düşüb, xəsarət alanlar var

Daşkənd-Almatı marşrutu ilə uçan "Air Astana" aviaşirkətinə m

arrow Ətraflı
İsrail İranın nüvə planlarına qarşı beynəlxalq cəbhə quracağını bildirir like
  • 02 Yan 20:18  
Dünya İsrail İranın nüvə planlarına qarşı beynəlxalq cəbhə quracağını bildirir

İsrail bütün vasitələrlə İranın nüvə silahı əldə etməsinin qarşı

arrow Ətraflı
Petrosyanın qardaşı öldü like
  • 02 Yan 20:11  
Dünya Petrosyanın qardaşı öldü

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın qardaşı Kamo Ter-Petros

arrow Ətraflı
Türkiyə ABŞın bu istəyini ürəyində qoydu, tarix təkrarlansa...  SENSASİON DETALLAR like
  • 02 Yan 20:04  
Dünya Türkiyə ABŞın bu istəyini ürəyində qoydu, tarix təkrarlansa... SENSASİON DETALLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin sentyabrında Yunanıs

arrow Ətraflı
SevilSevinc: "2022ci ildə həyatımızdan bir çox insanları sildik"  VİDEO like
  • 02 Yan 19:50  
Şou-biznes SevilSevinc: "2022ci ildə həyatımızdan bir çox insanları sildik" VİDEO

"Dost, ailə problemləri baxımından 2022-ci il heç düşərli olmadı b

arrow Ətraflı