Sülhməramlılara aid daha 2 avtomobil Laçın yolundan keçdi FOTO


Digərləri 02 Yan 2023 11:00:00 278 0

Sülhməramlılara aid daha 2 avtomobil Laçın yolundan keçdi  FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 22-ci gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 2 minik maşını Xankəndindən Laçın istiqamətinə maneəsiz keçib.

Xatırladaq ki, daha əvvəl də bir neçə dəfə təminat avtomobilləri Laçın yolundan maneəsiz şəkildə keçiblər.

Daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və təminat avtomobillərinin buraxılmadığını bildirirdilər.

Etirazçılar sülhməramlılardan öhdəliklərini yerinə yetirməyi tələb edirlər. Onların Ermənistan tərəfindən tələbi isə qanunsuz mədən işlərinin aparıldığı, ölkəmizin ekosisteminə ciddi ziyan vurulan mədənlərə Azərbaycanın hökumət nümayəndələrinin və mütəxəssislərinin daxil olmasını təmin etməkdir.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Son iki gündə 10 nəfər qəzada öldü like
  • 02 Yan 10:56  
Digərləri Son iki gündə 10 nəfər qəzada öldü

Ötən il dekabrın 31-də və cari il yanvarın 1-də (şənbə və bazar günl

arrow Ətraflı
İsrail Dəməşq aeroportunu vurdu, ölənlər var like
  • 02 Yan 10:44  
Dünya İsrail Dəməşq aeroportunu vurdu, ölənlər var

İsrail Suriyanın Dəməşq beynəlxalq hava limanına hava zərbələri endiri

arrow Ətraflı
Tələbə qız bayram günü evlərinə qonaq gələn qardaşını like
  • 02 Yan 10:20  
Kriminal Tələbə qız bayram günü evlərinə qonaq gələn qardaşını

Bayram günü bacısıgilə qonaq gedən oğlan ürəyindən bıçaqlanıb.

arrow Ətraflı
Bu da DƏHŞƏTLİ QƏZAda ölən şəxsin FOTOsu like
  • 02 Yan 10:12  
Digərləri Bu da DƏHŞƏTLİ QƏZAda ölən şəxsin FOTOsu

Mərhumun bir qız, bir oğlan olmaqla 2 övladı var idi. Oğlunun 5 yaşı var

arrow Ətraflı
Gədəbəydə polis ehtiyatsızlıqdan özünü güllələdi like
  • 02 Yan 09:56  
Digərləri Gədəbəydə polis ehtiyatsızlıqdan özünü güllələdi

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, pol

arrow Ətraflı
Havanın şaxtalı olmasına baxmayaraq Laçın yolunda aksiya davam edir  FOTO like
  • 02 Yan 09:33  
Digərləri Havanın şaxtalı olmasına baxmayaraq Laçın yolunda aksiya davam edir FOTO

Xankəndi-Laçın yolunda təşkil olunan aksiya vətənpərvərlik əzmində da

arrow Ətraflı
Tanınmış aktrisa ərə gedir  VİDEO like
  • 02 Yan 09:30  
Şou-biznes Tanınmış aktrisa ərə gedir VİDEO

"Gecenin ucunda" serialında rol alan aktrisa Bestemsu Özdemir evlili

arrow Ətraflı
4 nəfər yol qəzasında xəsarət alıb like
  • 02 Yan 08:56  
Digərləri 4 nəfər yol qəzasında xəsarət alıb

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yo

arrow Ətraflı
Bakıda dava zamanı like
  • 02 Yan 08:53  
Kriminal Bakıda dava zamanı

Bakının Sabail rayonunda 21 yaşlı gənc bıçaqlanıb.

arrow Ətraflı
Avtomobil işıq dirəyinə çırpılıb, like
  • 02 Yan 08:48  
Digərləri Avtomobil işıq dirəyinə çırpılıb,

Şəmkir şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

arrow Ətraflı
Moskvada ictimai nəqliyyatda gediş haqqı artıb like
  • 02 Yan 08:43  
Dünya Moskvada ictimai nəqliyyatda gediş haqqı artıb

Moskvada ictimai nəqliyyatda gediş haqqı tarifləri yanvarın 1-dən etibarə

arrow Ətraflı
Bakıda naməlum şəxs like
  • 02 Yan 08:38  
Kriminal Bakıda naməlum şəxs

Bakının Sabunçu rayonunda bıçaqlanma faktı qeydə alınıb.

arrow Ətraflı
ABŞ qrupunun Polşadakı Yeni il çıxışı qalmaqal yaratdı like
  • 02 Yan 08:33  
Dünya ABŞ qrupunun Polşadakı Yeni il çıxışı qalmaqal yaratdı

Yanvarın 1-də ABŞ-nin "Black eyed peas" qrupunun TVN kanalının ye

arrow Ətraflı
Bakıda iki avtomobil toqquşub, like
  • 02 Yan 08:27  
Digərləri Bakıda iki avtomobil toqquşub,

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı