Ana südünün azalması zamanı


Digərləri 01 Yan 2023 17:45:00 334 0

Ana südünün azalması zamanı

Hipoqalaktiya süd vəzlərinin sekretor qabiliyyətinin azalması nəticəsində südverən anada körpəni yedirməyə yetərli qədər südün olmaması halıdır.

Hypo-altında, aşağı, galactos-süd deməkdir. Birincili və ikincili olmaqla hipoqalaktiyanın iki forması ayırd edilir.

Birincili hipoqalaktiyaya qadınların 4-10 faizində rast gəlinir. Birincili hipoqalaktiyanın səbəblərinə doğuş dominantlığının olmaması, doğuşdan sonra uşağa süd verməmək, doğuşdan sonrakı mərhələdə qadında laktasiya üçün psixoloji stimulun olmaması və s. daxildir.

İkincili hipoqalaktiyanın səbəblərinə fiziki yorğunluq və sinir sisteminin yüklənməsi, mastit və gilə çatları, qrip, angina, vərəm kimi xəstəliklərə yoluxma, südün uşağa rejimsiz verilməsi, laktasion krizlər və s. aiddir.

Südverən ana südün yaranmasını və ifrazını artırmaq üçün öz qida rasionlarına ciddi şəkildə diqqət yetirməlidir. Qoz, fındıq, araxis, toyuq əti, kök, şüyüd, kahı, dəniz kələmi, qara turp, boranı kimi məhsullarla qidalanma faydalı təsir göstərir. Gün ərzində qəbul edilən mayenin həcmini artırmaq çox vacibdir. Hipoqalaktiyanın müalicəsi üçün çox vaxt hormonal və tonuslandırıcı dərman preparatları, polivitaminlər tətbiq edilir. Fitoterapevtik üsullar da çox səmərəlidir:

RESEPTLƏR

Bitki dəmləmələri

- 2 xörək qaşığı boymadərən otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək su hamamında 15 dəqiqə saxlanır, alınan dəmləmə süzülərək gün ərzində 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/2 stəkan qəbul edilir.

- 1 xörək qaşığı bədrənc otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır. Alınan dəmləmə gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

- 1 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək ağzı kip şəkildə bağlanır, su hamamında 15 dəqiqə saxlanır, soyuyub süzüləndən sonra alınan dəmləmənin həcmi su ilə 200 ml-ə çatdırılır, gündə 2-3 dəfə yeməkdən sonra 1/2 stəkan qəbul edilir.

- 1 xörək qaşığı xırdalanmış zəncirotu kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamına qoyulur, süzüləndən sonra gündə 3-4 dəfə yeməkdən əvvəl 1/3 stəkan qəbul edilir.

Toxum-meyvələr

- 2 xörək qaşığı razyana meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, alınan dəmləmədən 1 çay qaşığı 1/4 stəkan ilıq suda qarışdırılaraq gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl içilir.

- 1 çay qaşığı cirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, soyudularaq süzülür, alınan dəmləmənin həcmi 200 ml-ə çatana qədər üzərinə su əlavə edilir, gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/4 stəkan qəbul edilir.

- 1 çay qaşığı şüyüd toxumları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə ağzı bağlı halda su hamamında saxlanır, alınan dəmləməyə su əlavə edilərək 200 ml-ə çatdırılır. Gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/4 stəkan qəbul edilir.

- 1 xörək qaşığı zirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, soyudulub süzüləndən sonra su əlavə edilərək həcmi 200 ml-ə çatdırılır. Alınan dəmləmə gündə 2-3 dəfə yeməkdən sonra 1/2-1/3 stəkan qəbul edilir.

Şirələr

- Gündə 2-3 dəfə 1/2 stəkan təzə çəkilmiş kök şirəsi qəbul etmək süd ifrazını artırır. Kök şirəsinin dadını yaxşılaşdırmaq üçün süd, bal və ya hər hansı giləmeyvə şirəsi də əlavə etmək olar.

Gicitkənli 3 resept

- 1 xörək qaşığı gicitkən yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 20 dəqiqə dəmlənilir, alınan dəmləmə gündə 3-4 dəfə 1/2 stəkan qəbul edilir.

- Yuyulmuş və xırdalanmış gicitkən sıxılır, şirəsi çıxarılıb süd və ya kvasla qarışdırılaraq dərhal qəbul edilir.

- 1 xörək qaşığı gicitkən toxumları üzərinə 2 stəkan qaynar su əlavə edilərək dəmlənilir, süzüləndən sonra 2 çay qaşığı bal əlavə edilərək gündə 2 dəfə 1/2 stəkan içilir.

Tealakton çayı

- Südvermə mərhələsində südartırıcı Tealakton çayı tövsiyə olunur. 1 və ya 2 filtr-bağlamanın üzərinə 1 stəkan qaynar su tökülərək 15-20 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə hər dəfə 1 stəkan yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə qəbul edilir. Doğuşdan 10 gün sonra  çayın qəbuluna başlanılması daha yaxşı səmərə verir.

Zümrüd RƏHİMOVA,

Həkim-terapevt

Mənbə: "Herba Flora" jurnalı

Məşhur cütlüyün dueti maraqla qarşılandı  VİDEO like
  • 01 Yan 17:42  
Şou-biznes Məşhur cütlüyün dueti maraqla qarşılandı VİDEO

Ötən axşam "O Ses Türkiye" şousunda Yeni ilə özəl buraxılış

arrow Ətraflı
Seyidlik nə zaмandan başlayıb? like
  • 01 Yan 17:40  
Digərləri Seyidlik nə zaмandan başlayıb?

Seyidlik həzrət Peyğəмbər (s) xanədanında мövcud olan мənəvi bir ş

arrow Ətraflı
İmmuniteti gücləndirən 3 mürəbbə like
  • 01 Yan 17:35  
Digərləri İmmuniteti gücləndirən 3 mürəbbə

Qışda hər mürəbbə bədənə lazımlı deyil. Nəzərə alsaq ki, mürəbb�

arrow Ətraflı
Kimin yaddaşı daha yaxşıdır: kişilərin yoxsa qadınların? like
  • 01 Yan 17:30  
Digərləri Kimin yaddaşı daha yaxşıdır: kişilərin yoxsa qadınların?

Hindistan alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, qadınlar�

arrow Ətraflı
İndi yayılan qripdə 3 virus birləşib: like
  • 01 Yan 17:25  
Digərləri İndi yayılan qripdə 3 virus birləşib:

Hazırda qrip və donuz qripi epidemiya halını alıb.

arrow Ətraflı
Erməni ekoterroruna Madriddə etiraz edilib  FOTO like
  • 01 Yan 17:24  
Siyasət Erməni ekoterroruna Madriddə etiraz edilib FOTO

İspaniyanın paytaxtı Madriddəki Kolumb meydanında (Plaza de Colon) Ermənis

arrow Ətraflı
Bu gün heç kim vaksin like
  • 01 Yan 17:21  
Digərləri Bu gün heç kim vaksin

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

arrow Ətraflı
"Ayətülkürsü"nü oxuyandan yoxsulluq və qəbir əzabı uzaq olar like
  • 01 Yan 17:20  
Digərləri "Ayətülkürsü"nü oxuyandan yoxsulluq və qəbir əzabı uzaq olar

İbn Abbas nəql edir ki, Həzrət Peyğəmbər (s) nə zaman "Ayətül-kü

arrow Ətraflı
Bakıda dəhşətli qəzada ölən 5 nəfərin kimliyi bilindi like
  • 01 Yan 17:19  
Digərləri Bakıda dəhşətli qəzada ölən 5 nəfərin kimliyi bilindi

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin kimliyi məlum olub.

arrow Ətraflı
Azərbaycan Rumıniyaya qaz nəqlinə like
  • 01 Yan 17:16  
Digərləri Azərbaycan Rumıniyaya qaz nəqlinə

Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın "Romgaz S.A." arası

arrow Ətraflı
Duzlu su  sadə və effektli müalicəvi vasitə. like
  • 01 Yan 16:45  
Digərləri Duzlu su sadə və effektli müalicəvi vasitə.

Adi xörək duzu güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbd�

arrow Ətraflı
Şükür səcdəsi like
  • 01 Yan 16:40  
Digərləri Şükür səcdəsi

Şükür səcdəsinin duaları çox oldugundan biz burada onların bir neçəsin

arrow Ətraflı
Hansı damarlar daha tez tıxanır – Ağla gəlməyən like
  • 01 Yan 16:35  
Digərləri Hansı damarlar daha tez tıxanır – Ağla gəlməyən

Arteriyalarda xolesterin tıxaclarının yaranması müəyyən faktorlardan ası

arrow Ətraflı
Bu 2 pis vərdiş kökəlməyə səbəb olur like
  • 01 Yan 16:30  
Digərləri Bu 2 pis vərdiş kökəlməyə səbəb olur

Piylənmə artıq bütün dünyada ciddi problemə çevrilib. Piylənməyə cava

arrow Ətraflı
Gözlərin itiliyini qoruyan giləmeyvə like
  • 01 Yan 16:25  
Digərləri Gözlərin itiliyini qoruyan giləmeyvə

Alimlər giləmeyvələrin gözlərə təsirini araşdırıb.

arrow Ətraflı