Quranda fürui din ayələri


Digərləri 01 Yan 2023 18:20:00 226 0

Quranda fürui din ayələri

Qurani Kərimin möcüzələrindən biri budur ki, onun hər bir kəlməsinin çoxlu mənaları var. Ona görə də Quranı həm tərcümə və həm də təfsir edirlər. Tərcümə Quran ayələrinin bir-bir ərəb dilindən hər hansı bir dilə çevrilməsinə deyilir. Təfsir isə onların açıqlanması, izahı deməkdir.Alimlər Qurani Kərimi iki variantda təfsir edirlər. Bunun birinə tərtibi, digərinə isə mövzui təfsir deyilir. Tərtibi təfsir - Quranın əvvəlindən başlayıb, ayə-ayə axıradək izahına deyilir. Mövzui təfsir isə hər hansı bir mövzu barəsində Quranda olan ayələri bir yerə toplayıb, birlikdə təfsir etməkdir. Məsələn, namaz mövzu kimi götürülür, onun barəsində Quranın hər yerində olan ayələr toplanır və izah olunur. Bu izah vasitəsilə mövzu barəsində Quranın rəyi məlum olur. Əlbəttə, Quranın namaz barəsində xüsusi bir paraqrafı və ya fəsli yoxdur ki, ona aid olan bütün ayələr orada cəmlənsin. İstər namaz və istərsə də hər hansı bir mövzu haqqında olan ayələr pərakəndə şəkildə Quranın müxtəlif surələrində və müxtəlif yerlərində səpələnmişdir. Buna görə də bir mövzunu araşdırmaq və onun barəsində Quranın fikrini, rəyini bilmək istəyən adam gərək Quranın müxtəlif yerlərindən mövzuya aid olan ayələri toplasın və araşdırsın. Bu növ araşdırma və bu cür izaha mövzui təfsir deyilir. Burada bizim məqsədimiz, Qurani Kərimin çoxsaylı və müxtəlif mövzularından Fürui-din mövzusunu seçib, onun barəsində olan ayələri toplayaraq mövzui təfsir etməkdir. Üsuli-din insanın ağlını qidalandırır, əqidəsini, yolunu işıqlandırır. Fürui-din isə bu yolu getməyi öyrədir. Üsuli-din əqli, fürui-din isə ruhu möhkəmləndirir, qidalandırır. Ruh qidalanmazsa zəifləyər və əqlin düşündüyünü həyata keçirə bilməz. İradə zəifləyər, ayaq əsər və yol getmək iqtidarında olmaz. Fürui-din ruhu qidalandırır dedikdə, yəni bir növ insan ayağına qida verib möhkəmlədir, ona vitamin olur və bu yolu gedə bilməsini təmin edir. Ruha xüsusi qida olan o vitamin namazdır, orucdur, xumsdur, zəkatdır və s. Fürui-dinin ilk göstəricisi namazdır. Namaz idman deyil mənəvi qidadır. O insanı yuxuya, işə, nəfsani istəklərinə qalib gəlməyi öyrədir. Fürui-dinin bütün maddələri insanı qüvvətləndirir. O cümlədən oruc da insanın iradəsini, ruhunu böyüdür, nəfsinə qalib gəlməyi öyrədir. Zəkat da bu qəbildəndir. Yəni mal, sərvət toplayıb özü onun quluna çevrilən insan, həqiqətdə dünyapərəstlik, simiclik, xəsislik mücəssiməsidir. Mal insan üçün bir sıra əngəllər yaradır. Hərislik, tamahkarlıq kimi sifətlər bu əngəllərdəndir. Bu əngəllərə qalib gələ büməyən insan zəkat, xums verə bilməz. Qalib gəlmək üçün gərək ruhu qidalandırıb möhkəmlədəsən. Bunu isə Fürui-din həbləri, fürui-din maddələri bacarır və mövzumuz da budur. Bizim hamımızın az-çox üsuli-din barəsində məlumatımız vardır. Fürui-dinin də zahiri barəsində fiqhdən öyrənmişik. Qeyd etdiyimiz kimi bunlar zahiri görüntülərdir, skeletdir. Yəni məsələn namazın skeleti budur ki, durub Allahu əkbər deyərlər, həmd, surə oxuyarlar, rüku, sücud əmələ gətirərlər. Bütün bunlar namazın skeleti, heykəli, yəni zahiri görüntüləridir. Lakin bunun ruhu, məğzi, batini nədir? Bunlar fiqhidə dеyilmir. Onu Quran dеyir. Bütün bunlara əsasən Fürui-din barəsində olan Quran ayələrindən istifadə еdib namazın, zəkatın və s. nə еtdiyini dеyəcəyik. "Oxu onu ki, sənə vəhy olunub kitabdan və namazı bərpa et. Həqiqətən namaz fəhşa və münkərdən çəkindirir və Allahı zikr etmək (yada salmaq) birincidən də böyükdür. Siz nə edirsinizsə Allah bilir." Bunlar ayənin qısa, hərfi tərcüməsi idi. İndi isə ayənin izahına nəzər salaq: Ayədə Allah bizə dörd şeyi tapşıraraq əmr edir. 1. İnsan həyatı üçün iki şey lazımdır. Bunlardan biri yolu görməkdir. (Həqiqət yolunu görməkdir.) Yolu görmək üçün Allah buyurur: Oxu onu ki, vəhy olunub sənə kitabdan. Yolu getmək üçün isə buyurur: Bərpa et namazı. Bunlardan biri görmək üçündür, digəri isə getmək üçündür. Əgər yolu görürsənsə və getmirsənsə naqissən və əgər yolu görməyib gedirsənsə yenə də naqissən. Həm görməlisən və həm də getməlisən. Ayə bu məqsədi güdür ki, əgər sən həqiqəti axtarırsansa, başqa səmtə müraciət etmə "oxu onu ki, sənə vəhy etmişik". Elə onu oxumaq haqqı tapmaq üçün kifayət edər. Əgər dözümlü olmaq, istiqamət tapmaq, ruhunu əzəmətli etmək üçün yollar axtarırsansa, yenə də başqa səmtə yönəlmə, eləcə namaz qılsan istəyinə çatarsan. 2. Sonra Allah təala namazın faydasını sadalayır. Buyurur ki, namazın iki böyük faydası vardır. Bunlardan biri inkar, digəri isə təsdiq faydasıdır. İnkar faydası budur ki, insanı günahdan (fəhşa və münkər) çəkindirir. Təsdiq faydası budur ki, Allahı insanın yadına salır, xatırladır. İndi görək namaz insanı necə çəkindirir və Allahı necə yada salır? Biz namaza başlayarkən əvvəldən axıradək gördüyümüz işlər, istər-istəməz Allahı yadımıza salır. Belə ki, namazda deyirik: "Allah böyükdür, Allahın adı ilə başlayıram, Allaha həmd edirəm, Allahı qiyamətin maliki, sahibi kimi tanıyıram, Rəhman (bağışlayan) kimi tanıyıram, Əhəd (tək) kimi tanıyıram, Səməd (еhtiyacsız) kimi tanıyıram, onu bütün eyiblərdən uzaq bilirəm və axıra qədər biz Allahı xatırlamaqla məşğuluq. Namaz qılarkən biz sanki Allahşünaslıq dərsində iştirak edirik. Bir sözlə namazın işləri və sözləri Allahı bizə xatırladır. Allahı xatırlayan, yadına salan insan günah edə bilməz. Allah yaddan çıxarsa, günah da ayaq açar. "Üsuli Kafi" kitabında bir hədis vardır, buyurur ki, insan oğurluq, zina, ümumiyyətlə günah etdiyi zaman imanı yoxdur. Əgər iman olarsa, yəni Allah yadında olarsa, günah etməz. Yuxarıda qeyd etdiyimiz kimi namazın iki faydası vardır. Təsdiq və inkar faydaları. İnkar faydası təsdiqin nəticəsidir. Çünki Allah xatırlanır və günahdan çəkinirik. Ona görə də Allahı xatırlamaq daha mühümdür və daha böyükdür. Çünki günah etməmək bunun nəticəsidir. Elə ayə də ona görə buyurur ki, "Allahı zikr etmək (yada salmaq) birincidən də (fəhşa və münkərdən çəkindirməkdən) böyükdür." 3. Sözü sahibinə çatdırmağın üç üsulu vardır. Biri budur ki, çoxlu cümlə işlədirik, çoxlu söz işlədirik, lakin bir məna

Qadınların diqqətinə! Bu vasitələr hamiləlikdən qorumur! like
  • 01 Yan 18:15  
Digərləri Qadınların diqqətinə! Bu vasitələr hamiləlikdən qorumur!

Arzuedilməz hamiləlikdən qorunmaq üçün qadınlar bəzən müxtəlif "

arrow Ətraflı
Allahdan daha çox bağışlanma diləyin like
  • 01 Yan 18:10  
Digərləri Allahdan daha çox bağışlanma diləyin

Allahdan daha çox bağışlanma diləyin - Həzrət Peyğəmbər (s)Qurani Kər

arrow Ətraflı
İnsulin dirəncinə qarşı dünyanın like
  • 01 Yan 18:05  
Digərləri İnsulin dirəncinə qarşı dünyanın

İnsulinə qarşı rezisdentlik qlükozanın mənimsənilməsinin pozulması, to

arrow Ətraflı
Ürəkdamar sistemi xəstəliklərinin ƏSAS 5 RİSK FAKTORU. Özünüzü yoxlayın! like
  • 01 Yan 18:01  
Digərləri Ürəkdamar sistemi xəstəliklərinin ƏSAS 5 RİSK FAKTORU. Özünüzü yoxlayın!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar

arrow Ətraflı
Putinin arxasında dayanmış bu qadın kimdir?  VİDEO  FOTO like
  • 01 Yan 17:51  
Siyasət Putinin arxasında dayanmış bu qadın kimdir? VİDEO FOTO

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi Yeni il təbriki ilk dəfə olaraq

arrow Ətraflı
Putin ilk dəfə Yeni il təbrikini belə etdi  VİDEO like
  • 01 Yan 17:46  
Siyasət Putin ilk dəfə Yeni il təbrikini belə etdi VİDEO

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi Yeni il təbriki ilk dəfə olaraq

arrow Ətraflı
Ana südünün azalması zamanı like
  • 01 Yan 17:45  
Digərləri Ana südünün azalması zamanı

Hipoqalaktiya süd vəzlərinin sekretor qabiliyyətinin azalması nəticəsind�

arrow Ətraflı
Məşhur cütlüyün dueti maraqla qarşılandı  VİDEO like
  • 01 Yan 17:42  
Şou-biznes Məşhur cütlüyün dueti maraqla qarşılandı VİDEO

Ötən axşam "O Ses Türkiye" şousunda Yeni ilə özəl buraxılış

arrow Ətraflı
Seyidlik nə zaмandan başlayıb? like
  • 01 Yan 17:40  
Digərləri Seyidlik nə zaмandan başlayıb?

Seyidlik həzrət Peyğəмbər (s) xanədanında мövcud olan мənəvi bir ş

arrow Ətraflı
İmmuniteti gücləndirən 3 mürəbbə like
  • 01 Yan 17:35  
Digərləri İmmuniteti gücləndirən 3 mürəbbə

Qışda hər mürəbbə bədənə lazımlı deyil. Nəzərə alsaq ki, mürəbb�

arrow Ətraflı
Kimin yaddaşı daha yaxşıdır: kişilərin yoxsa qadınların? like
  • 01 Yan 17:30  
Digərləri Kimin yaddaşı daha yaxşıdır: kişilərin yoxsa qadınların?

Hindistan alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, qadınlar�

arrow Ətraflı
İndi yayılan qripdə 3 virus birləşib: like
  • 01 Yan 17:25  
Digərləri İndi yayılan qripdə 3 virus birləşib:

Hazırda qrip və donuz qripi epidemiya halını alıb.

arrow Ətraflı
Erməni ekoterroruna Madriddə etiraz edilib  FOTO like
  • 01 Yan 17:24  
Siyasət Erməni ekoterroruna Madriddə etiraz edilib FOTO

İspaniyanın paytaxtı Madriddəki Kolumb meydanında (Plaza de Colon) Ermənis

arrow Ətraflı
Bu gün heç kim vaksin like
  • 01 Yan 17:21  
Digərləri Bu gün heç kim vaksin

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

arrow Ətraflı
"Ayətülkürsü"nü oxuyandan yoxsulluq və qəbir əzabı uzaq olar like
  • 01 Yan 17:20  
Digərləri "Ayətülkürsü"nü oxuyandan yoxsulluq və qəbir əzabı uzaq olar

İbn Abbas nəql edir ki, Həzrət Peyğəmbər (s) nə zaman "Ayətül-kü

arrow Ətraflı