İlin əsas hadisələri: İğtişaş, müharibə, qasırğa, partlayış, futbol və... FOTO


Dünya 31 Dek 2022 14:41:00 213 0

İlin əsas hadisələri:  İğtişaş, müharibə, qasırğa, partlayış, futbol və...  FOTO

Qriqorian təqvimi il daha bir il - 2022-ci il başa çatır. Bütün dünyada insanlar yola salmaq üzrə olduqları ilə nəzər salır, əldə etdikləri uğurlara baxıb fərəhlənir, uğursuzluqları, itkiləri yada salıb kədərlənirlər. Bəs ötən il bütövlükdə dünya üçün nə ilə yadda qaldı?

Son.az 2022-ci ildə dünyada baş verən əsas hadisələri bir daha xatırladır.

Qazaxıstanda iğtişaşlar

Yeni ilin ilk günlərində - yanvarın 2-də Qazaxıstanda avtomobil qazının bahalaşması ilə bağlı etirazlar başlayıb. Yanvarın 4-də etiraz aksiyaları neft hasil edən Mangistau vilayətindən digər bölgələrə də yayılıb. Almatı şəhəri xalq nümayişlərinin episentrinə çevrilib. Mitinq iştirakçıları bir neçə polis əməkdaşını əsir götürərək döyüblər, etirazçılara qarşı səs qumbaralarından istifadə olunub. Yanvarın 5-nə keçən gecə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətini istefaya göndərərək, etirazlara görə məsuliyyəti onun üzərinə qoyub.

Pekin-2022

Fevralın 4-dən 20-dək Pekində Qış Olimpiya Oyunları keçirilib. Ümumilikdə Qış Olimpiya Oyunları tarixində rekord 109 dəst medal oynanılıb. Yarışlarda 29 ölkə medal qazanıb. Həm qızıl medalların sayına, həm də mükafatların ümumi sayına görə birinci yeri Norveç tutub.

"Yunis" fırtınası

Fevralın 14-də Böyük Britaniya, Belçika, Danimarka, Almaniya və bir sıra digər Avropa ölkələrini vuran "Yunis" fırtınası meydana gəlir. Ümumilikdə qasırğa 1,5 milyard dollar ziyan vurub və 17 nəfərin həyatına son qoyub.

Ukraynada hərbi əməliyyat

Fevralın 24-də səhər saatlarında Vladimir Putin Donbassdakı vəziyyətlə əlaqədar Ukraynada xüsusi hərbi əməliyyatın başlandığını elan edib. Rusiya Prezidenti Moskvanın Ukraynanın "demilitarizasiyası və denasifikasiyasına" çalışacağını bildirib, həmçinin Ukrayna hərbçilərini silahı yerə qoymağa çağırıb. Bundan əlavə, Putin Rusiyanın Kiyevdə nüvə silahının peyda olmasına imkan verə bilməyəcəyini deyib və NATO-nun Şərqə doğru genişlənməsini xatırladıb ki, bu da ölkə üçün qəbuledilməzdir.

Rusiya Avropa Şurasından çıxdı

Rusiya AŞPA-nın qərarı ilə 26 illik üzvlükdən sonra martın 16-da Avropa Şurasında üzvlüyünü dayandırıb. Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi Avropa Şurasının geridönməz şəkildə məhv edildiyini və Rusiyanın təşkilatda iştirakının dayandırıldığını elan edib. Martın 15-də Parlament Assambleyası yekdilliklə Rusiya Federasiyasının xaric edilməsinə səs verib.

Çində təyyarə qəzası

Martın 21-də Kunmindən Quançjouya uçan "China Eastern Airlines" şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Çinin cənubundakı Tensyan bölgəsində dağlara çırpılıb. Təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan 132 nəfərin hamısı həlak olub: 123 sərnişin və 9 ekipaj üzvü.

"Oskar"da qalmaqal

Martın 28-nə keçən gecə "Oskar" mükafatının təqdimetmə mərasimində amerikalı aktyor Uill Smit səhnəyə çıxaraq aparıcı Kris Roku aktyorun həyat yoldaşı Jada Pinkett Smitin "çox qısa saç kəsimi" zarafatına görə yumruqla vurub. Qadın alopesiyadan - patoloji saç tökülməsindən əziyyət çəkir. Uill Smit daha sonra Kris Rokdan üzr istəyən video yayımlayıb.

Makronun ikinci prezidentlik müddəti

Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib və nəticədə Emmanuel Makron 58,54 faiz səslə qalib gəlib. Onun rəqibi, "Milli birlik"in lideri Marin Le Peni seçicilərin 41,46%-i dəstəkləyib.

Makron 2002-ci ildən sonra ikinci dəfə seçkilərdə qalib gələn ilk Fransa prezidenti olur. O, ilk dəfə 2017-ci il seçkilərindən sonra ölkəyə rəhbərlik edib.

Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciəti

Ölkələr NATO-ya üzv olmaq üçün mayın ortalarında Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda müraciət ediblər. Yalnız sənədlər ittifaqın bütün üzvləri tərəfindən ratifikasiya edildikdən sonra ölkələr təşkilata tamhüquqlu üzv ola biləcəklər. İyulun 5-də Finlandiya və İsveçin NATO-ya daxil olması ilk olaraq Kanada tərəfindən təsdiqləndi.

Bu günə qədər onların ərizələri 30 ölkədən yalnız ikisi - Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb. Eyni zamanda, Budapeşt bunu 2023-cü ilin fevralında etmək niyyətindədir.

Boris Consonun istefası

İyulun 7-də Boris Conson Mühafizəkarlar Partiyasının rəhbəri və Britaniya hökumətinin başçısı vəzifələrindən istefa verdiyini açıqladı. O, 2019-cu ilin iyulundan Böyük Britaniyanın baş naziri idi.

Nensi Pelosinin Tayvana səfəri

Avqustun 2-də Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana 20 saatlıq səfər edib. Pelosi Taybeydə ölkə parlamentində olub və adanın administrasiyasının nümayəndələri ilə görüşüb.

Pelosinin Tayvana səfəri ilə bağlı xəbərlərdən sonra Çin və ABŞ arasında münasibətlər kəskinləşib. Pekin Vaşinqtona Tayvanın heç bir suverenliyinə malik olmadığı "vahid Çin" prinsipinə əməl etməyi xatırladıb. Bu səfərin fonunda Çin ordusu zirehli texnikalarını Tayvan boğazı sahilləri boyunca yerləşən ərazilərə çəkməyə başlayıb.

Darya Duqinanın qətli

Avqustun 21-nə keçən gecə Moskva vilayətinin Mojaysk şossesində filosof Aleksandr Duqinin qızı Daryanın getdiyi avtomobil partlayıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, Duqinanın avtomobilinin altına - sürücü tərəfinə partlayıcı qurğu qoyulub.

Duqinanın qətli cinayət törədildikdən üç gün sonra Federal Təhlükəsizlik Xidməti tərəfindən açılıb. Moskvanın Basman rayon məhkəməsi Ukrayna vətəndaşı Natalya Vovku qiyabi həbs edib. İstintaq Komitəsi və FTX onu jurnalist və politoloq Darya Duqinanın qətlinin icarçısı hesab edir.

Liz Trass - Britaniya tarixində ən qısamüddətli baş nazir

Sentyabrın 5-də Böyük Britaniyanın yeni baş naziri ölkənin Mühafizəkarlar Partiyasının rəhbəri Liz Trass elan edilib. Bununla belə, o cəmi 45 gün vəzifədə qaldıqdan sonra istefa verdi və Britaniya tarixində ən qısa müddətli baş nazir oldu.

II Elizabetin ölümü və yeni kral III Çarlz

Sentyabrın 8-də ölkəni 70 ildən çox idarə edən Böyük Britaniya kraliçası II Elizabet 96 yaşında vəfat etdi. Onun hökmranlığı bütün Britaniya monarxları arasında ən uzunmüddətlidir. II Elizabetin dövründə 15 baş nazir dəyişdirilib. II Elizabetin böyük oğlu, 73 yaşlı Çarlz III Çarlz adını götürərək yeni monarx oldu. Çarlz hələ Uels şahzadəsi olduğu 1969-cu ildən taxt-tacın rəsmi varisi idi. Onun taxt-tac üçün növbə gözlədiyi dövr həm də Britaniya monarxiyası tarixində ən uzun müddətdir.

İranda etirazlar

Sentyabrın ortalarından Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılmasından sonra ölümü ilə bağlı İranda iğtişaşlar və etiraz aksiyaları keçirilir. Ölkə sakinləri onun ölümündə rəsmiləri günahlandırıblar. İranlı qadınlar sosial şəbəkələrdə kütləvi şəkildə saçlarını kəsdikləri və hicablarını yandırdıqları videolar yayımlamağa başladılar.

Qazaxıstanın paytaxtı əvvəlki adına qaytarıldı

Sentyabrın 19-da prezident Kasım-Jomart Tokayevin Qazaxıstanın paytaxtının adının Nur-Sultandan Astana adlandırılması haqqında fərmanı qüvvəyə minib. Bu, şəhərin adının onun tarxində altıncı dəfə dəyişdirilməsidir. 2019-cu ildə respublikaya 30 ilə yaxın rəhbərlik edən Nursultan Nazarbayev prezidentlikdən getdikdən sonra Astana Nur-Sultan adlandırılıb. Adın dəyişdirilməsini Tokayev təklif edib. Əvvəlki adın qaytarılması 2022-ci ilin yanvarında baş verən iğtişaşlardan sonra meydana çıxıb.

Rusiyada qismən səfərbərlik

Sentyabrın 21-də Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Bir gün əvvəl Dövlət Duması Cinayət Məcəlləsinə səfərbərlik, hərbi vəziyyət, hərbi vaxt anlayışlarının daxil edilməsinə dair düzəlişi təsdiqləyib. Oktyabrın 28-də müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik tədbirlərinin başa çatdığını bildirib. Planlaşdırılan 300 min nəfər Rusiya Silahlı Qüvvələrinə cəlb edilib.

İtaliyada parlament seçkiləri

Sentyabrın 25-də İtaliyada parlamentə növbədənkənar ümumi seçkilər keçirilib. Son 100 ildə ilk dəfə səsvermə payızda baş tutub, bu, baş nazir Mario Draqinin və hökumətinin istefası ilə bağlıdır. Sağçı partiyaların koalisiyası səslərin 44%-dən çoxunu, ayrı-ayrı siyasi qüvvələr arasında isə səslərin 26%-ni qazanan "İtaliya qardaşları" partiyası ən yaxşı nəticə əldə edib. "İtaliya qardaşları" partiyasının lideri Corca Meloni respublikanın baş naziri oldu. 45 yaşlı Meloni ölkənin ilk qadın baş naziridir.

"Şimal axını"nda partlayışlar

Sentyabrın 26-na keçən gecə Rusiyadan Almaniyaya gedən "Şimal axını" və "Şimal axını - 2" qaz kəmərlərinin bir neçə xəttində dörd qaz sızması baş verib. Seysmoloqlar boru kəməri marşrutları boyunca partlayışları qeydə alıblar. İsveç hakimiyyəti bildirib ki, qaz kəmərləri ilə bağlı insident zonasında partlayıcı maddələrin qalıqları aşkar edilib. Almaniya, Danimarka və İsveç partlayışlara səbəb kimi diversiyanı göstərir. Rusiya Prezidenti bəyan edib ki, "Şimal axını"nda baş verən partlayışlar terror aktıdır və buna görə məsuliyyət Qərbin üzərinə düşür.

Ukraynanın 4 vilayəti Rusiyaya ilhaq edildi

Oktyabrın 30-da Rusiya Federasiyasının tərkibinə yeni regionların daxil edilməsi haqqında sazişlər imzalanıb. Sazişlər sentyabrın 23-dən 27-dək keçirilən referendumun nəticələrinə əsasən imzalanıb. Rəsmi məlumata görə, dörd subyektdə (Donetsk, Luqansk, Zaporojye və Xerson) səs verənlərin 87%-dən 99%-ə qədəri ərazilərin Rusiyaya birləşdirilməsinin tərəfdarı olub. Rusiya əvvəllər bütün əraziləri müstəqil olaraq tanıyıb: fevralın 21-də "DXR" və "LXR"-i, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini.

Krım körpüsündə partlayış

Oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə yük maşını partlayıb, bundan sonra körpünün dəmir yolu hissəsindən keçən qatarda yanacaq çənləri yanıb. Körpünün avtomobil hissəsinin iki aşırımı qismən dağılıb. Dörd nəfər ölüb. Vladimir Putin bildirib ki, Krım körpüsündə avtomobilin partladılması Ukrayna xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktıdır. Dekabrda təmirdən sonra magistral yolda hərəkət bərpa olunub, V.Putin şəxsən avtomobili təmir edilmiş zolaqla idarə edib.

Si Cinpin Çinə daha 5 il rəhbərlik edəcək

Oktyabrın 16-22-də Pekində hakim Çin Kommunist Partiyasının növbəti - XX ümumçin qurultayı keçirilib. Qurultayın əsas nəticəsi Si Cinpinin yeni, presedentsiz üçüncü müddətə yenidən baş katib seçilməsi olub. Beləliklə, yoldaş Cinpinin ÇXR-ə rəhbərliyi 15 il davam edə bilər. Müqayisə üçün deyək ki, bu yaxınlarda dünyasını dəyişən Tszyan Tzemin 13 il baş katib olub.

Rişi Sunak Britaniyanın baş naziri olur

Oktyabrın 25-də kral III Çarlz Rişi Sunakı Böyük Britaniyanın yeni baş naziri təyin edir. O, son altı ildə beşinci baş nazir, 2022-ci ildə isə Britaniyada üçüncü hökumət başçısı olub. Rişi Sunak bütün rəqibləri geri çəkildikdən sonra bu vəzifəyə yeganə namizəd olaraq qalıb. O, həmçinin səsvermə olmadan Mühafizəkarlar Partiyasının rəhbəri seçilib.

İlon Musk "Twitter"i satın aldı

Oktyabrın 27-də biznesme eyniadlı sosial şəbəkənin sahibi olan şirkəti almaq üçün sövdələşmə bağlayıb. Hələ aprel ayında Tesla və SpaceX-in qurucusu "Twitter"i almaq niyyətini açıqlamışdı, mayda o, sövdələşmənin şübhə altında olduğunu, iyunda isə sosial şəbəkəni almaqdan imtina etdiyini bildirmişdi. O zamankı "Twitter" rəhbərləri ilə məhkəmə çəkişmələrindən sonra iş adamı oktyabrda eyni qiymətə yenidən təklif verib. Mikrobloq servisi ona 44 milyard dollara başa gəlib."Twitter"i aldıqdan sonra Mask direktorlar şurasını buraxaraq onun yeganə rəhbəri olub. Milyarderin "Twitter"in baş direktoru kimi ilk qərarları arasında bir sıra top-menecerlərin işdən çıxarılması və ömürlük istifadəçi qadağalarının ləğvi də var.

Seulda izdiham

Oktyabrın 29-dan 30-na keçən gecə Cənubi Koreya paytaxtının mərkəzində Hellouin bayramı qeyd edilən zaman izdiham yaşanıb. Hadisə nəticəsində 158 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb. Həlak olanların əksəriyyəti 18-30 yaş arası gənclərdir. Hadisə minlərlə insanın "Hamilton" hotelinin yaxınlığındakı dar küçədə qapalı qalması zamanı baş verib. Həmin axşam İtxevon bölgəsini 100-130 min adam ziyarət edib, lakin səlahiyyətlilər orada yalnız 200-ə yaxın polis əməkdaşının olduğunu bildiriblər.

ABŞ-da seçkilər

Noyabrın 8-də ABŞ-da aralıq seçkilər keçirilib. Konqresin Nümayəndələr Palatasının bütün üzvləri (435 konqresmen), Senatın üçdə biri (35 senator) və qubernatorların yarıdan çoxu yenidən seçilib. Seçkilər nəticəsində respublikaçılar Nümayəndələr Palatasında, demokratlar isə Senatda səs çoxluğu əldə ediblər.

Dünya əhalisinin sayı 8 milyard nəfərə çatdı

Noyabrın 15-də BMT Yer planetinin əhalisinin sayının 8 milyardı keçdiyini açıqlayıb. 7 milyard insandan 8 milyarda qədər artım 12 il çəkib. Təşkilatın proqnozlarına görə, dünya əhalisi 9 milyarda 2037-ci ildə, 10 milyarda 2058-ci ildə çatacaq. Yer kürəsində 10,4 milyard insanın yaşayacağı 2080-ci ildə reallaşacaq. BMT-nin hesablamalarına görə, bu səviyyə 2100-cü ilə qədər saxlanılacaq.

"Qoblin rejimi"

Dekabrın 5-də ingilis dilinin Oksford lüğəti ilin sözünün seçilməsi üçün keçirdiyi ictimai səsvermənin nəticələrini dərc etdi: bunun jarqon ifadəsi "goblin mode" olduğu məlum oldu. "Qoblin rejimi" termini kompromissiz tənbəllik, avaralıq, acgözlük, öz zəiflikləri və istəkləri ilə məşğul olmaq, sosial normaları və gözləntiləri rədd etmək vərdişini ifadə edir.

Dünya Çempionatı-2022

Noyabrın 20-dən dekabrın 18-dək Qətər dünya çempionatının final mərhələsinə ev sahibliyi edib. Argentina yığması finalda Fransanı məğlub edərək, tarixində üçüncü dəfə titulu qazanıb. Xorvatiya millisi üçüncü yer uğrunda görüşdə Mərakeşi məğlub edərək dünya çempionatının bürünc mükafatçısı olub.

Rusiya neftinə qiymət tavanı və embarqo

Aİ, G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya dekabrın 5-dən Rusiya neftinin bir barelinə 60 dollardan yuxarı qiymət həddini, eyni vaxtda Avropa ölkələrinin Rusiyadan neft tədarük etməsinə embarqo tətbiq edib. (publika)

SON DƏQİQƏ! Putin MÜHÜM FƏRMAN imzaladı  Bu ölkələr... like
  • 31 Dek 14:27  
Dünya SON DƏQİQƏ! Putin MÜHÜM FƏRMAN imzaladı Bu ölkələr...

Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinə Rusiyaya olan qaz borclar�

arrow Ətraflı
Şəbnəmin effektli görüntülərini Mətanət belə ifşa etdi  VİDEO like
  • 31 Dek 14:00  
Şou-biznes Şəbnəmin effektli görüntülərini Mətanət belə ifşa etdi VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin videosu müzakirələrə səbəb olu

arrow Ətraflı
Filippində daşqınlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatdı like
  • 31 Dek 13:52  
Dünya Filippində daşqınlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatdı

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində az

arrow Ətraflı
Kazinoda yanğın 26 nəfərin həyatına son qoydu like
  • 31 Dek 13:44  
Dünya Kazinoda yanğın 26 nəfərin həyatına son qoydu

Kamboca Krallığının qərbində yerləşən otelin kazinosunda baş verən g�

arrow Ətraflı
Bakıda polis zabiti bayram günü qəfil vəfat etdi like
  • 31 Dek 13:36  
Digərləri Bakıda polis zabiti bayram günü qəfil vəfat etdi

Bakıda polis zabiti qəfil ürəktutmasından vəfat edib.

arrow Ətraflı
Aygün Kazımova Xatunla Fatiməni belə barışdırdı  VİDEO like
  • 31 Dek 13:27  
Şou-biznes Aygün Kazımova Xatunla Fatiməni belə barışdırdı VİDEO

Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva barışıb.

arrow Ətraflı
Müdafiə naziri bayram günündə hospitalda müalicə olunan hərbçilərlə görüşdü  VİDEO  FOTO like
  • 31 Dek 13:18  
Digərləri Müdafiə naziri bayram günündə hospitalda müalicə olunan hərbçilərlə görüşdü VİDEO FOTO

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyl

arrow Ətraflı
İranda aeroportda iki avtobus toqquşdu, 40 nəfər yaralandı like
  • 31 Dek 13:00  
Digərləri İranda aeroportda iki avtobus toqquşdu, 40 nəfər yaralandı

İranın Tehran əyalətində İmam Xomeyni adına hava limanı ərazisində iki

arrow Ətraflı
Rusiyaya köçən Səbinədən yeni  FOTO like
  • 31 Dek 12:49  
Şou-biznes Rusiyaya köçən Səbinədən yeni FOTO

Rusiyaya köçən Əməkdar artist Səbinə Babayeva yeni fotolarını paylaşı

arrow Ətraflı
Restoranların Yeni il gecəsi qiymətləri like
  • 31 Dek 12:38  
Digərləri Restoranların Yeni il gecəsi qiymətləri

Yeni ili restoranda qarşılamaq Bakı sakinləri üçün neçəyə başa gəlir

arrow Ətraflı
Gələn ilin ilk gününə olan hava proqnozu açıqlandı like
  • 31 Dek 12:16  
Digərləri Gələn ilin ilk gününə olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında gələn ilin yanvar ayının 1-də hava ş�

arrow Ətraflı
Aydan yeni doğulan qızından yazdı  FOTO like
  • 31 Dek 12:05  
Şou-biznes Aydan yeni doğulan qızından yazdı FOTO

Ötən günlərdə ana olan aktrisa Aydan Axundzadə qızı ilə fotolarını pa

arrow Ətraflı
2023cü ildə bizi nə gözləyir?  3 əsas uğurlu bürc like
  • 31 Dek 11:54  
Digərləri 2023cü ildə bizi nə gözləyir? 3 əsas uğurlu bürc

Son.az gündəm-ə istinadla astroloqların 2023-cü il üçün proqnozlarını

arrow Ətraflı
DYP sürücülərə müraciət etdi like
  • 31 Dek 11:43  
Digərləri DYP sürücülərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bayram mün

arrow Ətraflı