Çiçarito Qarabağ-la oyunda iştirak etməyəcək
İdman 30 Okt 2019 14:27:00 376 0
Avropa Liqasında Qarabağ-la eyni qrupda yer alan Sevilla bütün diqqətini La Liqaya yönəltmək qərarına gəlib.
Əndəlüs klubunun baş məşqçisi Xulen Lopeteqi qrupun son 3 oyununda ehtiyat qüvvəyə şans vermək niyyətindədir.
İlk 3 turda qələbə qazanan və növbəti mərhələyə vəsiqəni, demək olar ki, təmin edən Sevilla-da çalışdırıcı əsas heyət üzvlərini La Liqa oyunları üçün qoruyacaq. Həmkarlarımız Lopeteqinin avrokubokdan arxayın olduğu və bu üzdən sıx təqvimi nəzərə alaraq, bütün diqqəti çempionat görüşlərinə yönəldəcəyini vurğulayıb.
Baş məşqçi, xüsusən də, hücum xəttində rotasiyalar edəcək. Təcrübəli mütəxəssis artıq əsas heyət üzvünə çevrilən Xavyer Ernandesi qrup mərhələsinin son 3 görüşündə oynatmayacaq. Bu isə o deməkdi ki, Çiçarito həm Dudelange, həm Qarabağ, həm də APOEL-lə qarşılaşmada meydana çıxmayacaq. Lopeteqi meksikalı forvardın xidmətindən bu dönəmdə yalnız La Liqa matçlarında yararlanacaq.
Qeyd edək ki, Sevilla noyabrın 7-də qrupun növbəti turunda Dudelange-ın qonağı olacaq. Çiçarito isə ilk iki turda Qarabağ və APOEL-lə qarşılaşmada fərqlənib.
Tailandın Khao Yai milli parkında fil turistləri özünəməxsus şəkildə &

“Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ d

Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin b

Bakı metropoliteni maşinist peşəsinə seçimlər aparır.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarl

İsrailin Bakıdakı səfirliyi işini müvəqqəti dayandırır.

Bakı Ağır Cinayətlər Məhkəməsində "Günay Bank"ın keçmiş s

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milan Dizayn Film F

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilib.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarl

İsrailin Bakıdakı səfirliyi işini müvəqqəti dayandırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyin

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin bir qrup ağ
