Raulun Real-ın baş məşqçisi olacağına əmindir
İdman 30 Okt 2019 19:22:00 1267 0
Real-ın baş məşqçisi Zinəddin Zidan özünün xələfinin kim ola biləcəyinə işarə edib.
Goal.az xəbər verir ki, Zidan Raul Qonsalesin nə vaxtsa Real-ın baş məşqçisi olacağına əmin olduğunu vurğulayıb:
"Raulun Real-ın heyətində meydana çıxdığı ilk oyundan 25 il keçib. Bu o deməkdir ki, biz bir qədər qocalmışıq. Onunla bir yerdə oynamışam. O, bu möhtəşəm klubun əsas simalarından biri idi. Əminəm, Raul nə vaxtsa Real-ın baş məşqçisi olacaq”.
Raul hazırda Real-ın əvəzedici komandası Castilla-nı çalışdırır.
Mənbə: goal.az