İlin ən yaxşılarına namizədlər açıqlandı
İdman 30 Okt 2019 17:51:00 587 0
Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards" versiyası üzrə 2019-cu ilin ən yaxşılarına namizədləri müəyyənləşdirib.
Goal.az xəbər verir ki, namizədlər 7 nominasiya üzrə açıqlanıb.
İlin klubu adına Liverpool, Ajax və Lyon namizəd olub.
İlin məşqçisi adı uğrunda Camal Belmadi (Əlcəzair yığması), Yurgen Klopp (Liverpool), Massimiliano Alleqri (Juventus), Erik Ten Haq (Ajax) və Fernando Santos (Portuqaliya yığması) mübarizə aparacaq.
Mino Rayola, Xorxe Mendes və Federiko Pastorello ən yaxşı menecer, Andrea Berta (Atletico), Maykl Eduards (Liverpool), Erik Abidal (Barcelona), İqli Tare (Lazio) və Mark Overmars (Ajax) isə ən yaxşı idman direktoru adına iddia edirlər.
2019-cu ilin ən uğurlu kəşfi olmağa 5 futbolçu namizəddi. Bunlar Ceydon Sanço (Borussia Dortmund), Erlinq Haland (Salzburg), Ansu Fati (Barcelona), Kay Haverts (Bayer) və Joao Feliksdi (Atletico).
Marta, Aleks Morqan (hər ikisi Orlando Pride), Ada Heqerbert, Lüsi Bronz, Amandine Henri (hamısı Lyon), Sari van Venendal (Atletico) və Meqan Rapinoe (Reygn) ilin qadın futbolçusu olmaq iddiasındadı.
Nəhayət, 2019-cu ilin ən yaxşı kişi futbolçusu 7 nəfərdən biri seçiləcək. Maraqlıdı ki, bunlardan 4-ü Liverpool-un formasını geyinir. Sadio Mane, Alisson Beker, Vircil van Deyk, Məhəmməd Salah (hamısı Liverpool), eləcə də Kriştiano Ronaldo (Juventus), Bernardo Silva (Manchester City) və Lionel Messi (Barcelona) arasında seçim aparılacaq.
Qeyd edək ki, qaliblər dekabrın 29-da müəyyənləşəcək.
Oktyabrın 18-dən Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Bel

İllərdir küsülü olan Xalq artisti Röya Ayxan və Əməkdar artist Aygün B

Prezident İlham Əliyev İ.M.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə

Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya

Prezident İlham Əliyev İ.M.Vəliyevin 2-ci dərəcəli "Vətənə xidmə

Ukraynanın Xarkov şəhərində dahi mütəfəkkir Nizami Gəncəvinin heykəli

Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da s

DİN və Baş Prokurorluq qanunsuz aksiya ilə bağlı xəbərdarlıq edib.

Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da s

2019-cu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 17 faiz

Qaregin Njdenin heykəli indiyə qədər götürülməyib və bu, erməni tərə

"1915-ci il hadisələri barədə qətnamə layihəsini qəbul etməklə AB
