Sərxoş halda ciddi zədə alan kapitanla müqavilə ləğv edildi


İdman 31 Okt 2019 17:22:00 1348 0

Sərxoş halda ciddi zədə alan kapitanla müqavilə ləğv edildi

İngiltərə Çempionşipində çıxış edən Derby County klubu kapitan Riçard Kio ilə müqaviləni ləğv edib.

Goal.az “Sky Sports”a istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı müdafiəçinin sərxoş halda avtomobil idarə edən zaman qəzada dizini zədələməsi və 15 ay müddətinə sıradan çıxmasıdır.

Kio 14 gün ərzində klubun qərarından apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, 2012-ci ildən Derby County-nin formasını geyinən Riçard Kio komanda ilə birgə şam yeməyindən sonra qəzaya düşüb. Həmin vaxt onunla yanaşı, daha 2 futbolçunun spirtli içki qəbul etdiyi bildirilir.