Zaur Axundov: "Qərarı mayın sonunda verəcəyik"


İdman 29 Okt 2019 14:17:00 60 0

Zaur Axundov: "Qərarı mayın sonunda verəcəyik"

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının (AAF) prezidenti Zaur Axundov azfutzal.az saytının suallarını cavablandırıb.

Goal.az həmin müsahibəni təqdim edir:

- Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin əsas mərhələsi çərçivəsində keçirdiyi oyunları necə dəyərləndiririsiniz?

- Təbii ki, turnirdən əvvəl komandanın qarşısına konkret məqsəd qoyulmuşdu. Bakıda keçirilən oyunları qrup qalibi kimi başa vurmalı idik ki, komanda da bunun öhdəsindən gəldi. Həm futzalçılarımızı, həm də azarkeşlərimizi bu qələbə münasibəti ilə təbrik edirəm. Hər 3 oyun ağır keçdi. Buna baxmayaraq, millimiz qarşıya qoyulan məqsəd nail oldu və elit-raunda vəsiqə qazandı. Noyabrın 7-də elit-raundun püşkü atılacaq. Komandamızın bu mərhələdə də uğurlu çıxışını davam etdirəcəyinə inanırıq. Həm AFFA, həm də AFF millinin yaxşı hazırlıq keçməsi, oyunlara tam hazır olması üçün lazımi şərait yaradacaq. Əlbəttə, oyunlar zamanı komandada müəyyən çatışmazlıqların olduğunu gördük. Bunun da əsas səbəblərindən biri komanda üzvlərinin bir klubda deyil, müxtəlif ölkələrdə və fərqli klublarda çıxış etməsidir. Nəticədə hər biri fərqli yarışda iştirak edir, fərqli taktika ilə oynayırlar. AFFA rəhbərliyinə də komandaya yaratdığı şəraitə görə təşəkkür edir, eyni zamanda onları nəticə münasibəti ilə təbrik edirəm. Son 3 ayda millinin intensiv hazırlıq keçməsi, müxtəlif yoldaşlıq oyunlarında və beynəlxalq turnirdə iştirak etməsi üçün şərait yaradıldı. Bu da nəticədə özünü göstərdi. Bir məsələni də qeyd edim ki, əsas mərhələnin oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Həm iştirakçı komandalar, həm hakimlər, həm də UEFA nümayəndələri yaradılan şəraiti və təşkilatçılığı yüksək qiymətləndirdilər.

- Maraqlıdır ki, ilk iki oyunda rəqib komanda qapımıza yol tapdı, son görüşdə isə buna imkan vermədik. Bunu matçlara köklənmə, motivasiya ilə bağlamaq olar?

- Baş məşqçi hər oyunda fərqli taktikadan istifadə edirdi. Joze Alesio Da Silva təcrübəli mütəxəssisdir və uzun müddətdir ki, ölkəmizdə çalışır. Düzdü, hələ baş məşqçi ilə görüşümüz olmayıb, onun hesabatını dinləməmişəm. Amma fikrimcə o, mümkün qədər komandanı itkilərdən qorumağa, əsas gücü sonuncu oyuna saxlamağa çalışırdı. Ona görə də ilk iki oyunda müyyən axsamalar oldu. Ancaq Slovakiya ilə həlledici oyun tam fərqli keçdi və məncə, sonluq baş məşqçinin düşündüyü kimi alındı.

- Alesiodan söz düşümüşkən, onun milli komandadakı taleyi elit-raunddakı nəticədən asılıdır?

- Baş məşqçi ilə 2020-ci il mayın sonuna qədər müqaviləmiz var. O, həm “Araz”ın, həm də milli komandanın baş məşqçidir. Onun işindən həm AFFA, həm də AFF razıdır. Gələcəklə bağlı qərarı mayın sonunda verəcəyik.

- Elit-raund oyunları zamanı heyətlə bağlı dəyişikliklər gözlənilirmi?

- Bununla bağlı baş məşqçi qərar verəcək. O, son 3 oyunu təhlil edib, qərarını bildirəcək. Biz də onun qərarına uyğun hərəkət edəcəyik. Bir neçə oyunçumuz zədəli olduğuna görə, əsas mərhələdə bizə kömək edə bilmədilər. İnanıram ki, elit-raunda qədər onlar sağalacaq və komandamıza kömək edəcək durumda olacaqlar.

- Potensial rəqiblərlə bağlı nə deyə bilərsiniz?

- Artıq əsas mərhələnin oyunları yekunlaşıb və 15 potensial rəqibimiz məlumdur. Bu mərhələdə zəif komanda olmur. Elit-raunda yüksəliblərsə, deməli, güclüdürlər. Komandaların adlarını oxuduqca bütün iddialı millilərin elit-raunda yüksəldiyini görürük. Bizi ağır, gərgin mübarizə gözləyir.

- Millimizin dünya çempionatının final mərhələsinə yüksəlmək potensialını necə qiymətləndirirsiniz?

- DÇ-2016-dakı uğurumuzu təkrarlamaq və yenidən final mərhələsində iştirak etmək istəyirik. Son hazırlıqlar zamanı heyətdə zədə səbəbindən tez-tez dəyişiklər olur. Ancaq baş məşqçinin yaxşı kollektiv formalaşdıracağına və bizi uğura daşıyacağına inanıram.

2 noyabr nağılı: "Dəyərli bəy"lərin dəyərsizliyi və xəyanəti like
  • 29 Okt 14:15  
Siyasət 2 noyabr nağılı: "Dəyərli bəy"lərin dəyərsizliyi və xəyanəti

Gün keçdikcə daha da aqressivləşir, daha da radikallaşırlar. Deyirlər ki

arrow Ətraflı
Deputat: Qoşulmama Hərəkatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi tarixi hadisə idi like
  • 29 Okt 14:13  
Digərləri Deputat: Qoşulmama Hərəkatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi tarixi hadisə idi

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıların

arrow Ətraflı
Bakıya daha 10 avtobus gətirildi like
  • 29 Okt 14:10  
Digərləri Bakıya daha 10 avtobus gətirildi

Bu gündən 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobuslar

arrow Ətraflı
Həbsdə olan ərinə tiryək vermək istəyən qadın saxlanılıb like
  • 29 Okt 14:09  
Digərləri Həbsdə olan ərinə tiryək vermək istəyən qadın saxlanılıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-ax

arrow Ətraflı
Səfər ayı başa çatıb like
  • 29 Okt 14:05  
Digərləri Səfər ayı başa çatıb

Bu gün Səfər ayı başa çatıb.

arrow Ətraflı
Avtomobil ehtiyat hissələrini qanunsuz yolla keçirən Gürcüstan vətəndaşı saxlanılıb like
  • 29 Okt 14:05  
Digərləri Avtomobil ehtiyat hissələrini qanunsuz yolla keçirən Gürcüstan vətəndaşı saxlanılıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda G

arrow Ətraflı
“30 milyon dollara satacaqdıq...” like
  • 29 Okt 14:01  
Digərləri “30 milyon dollara satacaqdıq...”

Bakıda 1 kiloqram civəni satmaq istəyərkən cinayət başında tutulan dəst

arrow Ətraflı
XİN-dən erməni nazirə cavab: Belə bir çıxış yalnız xəstə təxəyyülün məhsulu ola bilər like
  • 29 Okt 14:00  
Digərləri XİN-dən erməni nazirə cavab: Belə bir çıxış yalnız xəstə təxəyyülün məhsulu ola bilər

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abd

arrow Ətraflı
Prezident İlham Əliyev Saleh Məmmədova: "Rəqəmləri şişirtməyin!"  VİDEO like
  • 29 Okt 13:57  
Siyasət Prezident İlham Əliyev Saleh Məmmədova: "Rəqəmləri şişirtməyin!" VİDEO

Oktyabrın 28-də Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı Prezident

arrow Ətraflı
İŞİD liderinin öldürüldüyünü alt paltarından biliblər  FOTO like
  • 29 Okt 13:56  
Dünya İŞİD liderinin öldürüldüyünü alt paltarından biliblər FOTO

Əməliyyat zamanı başqa çıxış yolu olmadığını görüb və xüsusi tə

arrow Ətraflı
Bakıda evdən pul və qızıl əşyalar oğurlayan qadın saxlanıldı like
  • 29 Okt 13:52  
Digərləri Bakıda evdən pul və qızıl əşyalar oğurlayan qadın saxlanıldı

Bakıda evdən pul və qızıl əşyalar oğurlayan qadın saxlanılıb.

arrow Ətraflı
Bakıya daha 10 avtobus gətirildi - Bu marşrut xəttinə veriləcək (FOTO) like
  • 29 Okt 13:50  
Digərləri Bakıya daha 10 avtobus gətirildi - Bu marşrut xəttinə veriləcək (FOTO)

Bu gündən 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobuslar

arrow Ətraflı