Qəbələ UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək


İdman 24 Okt 2019 13:17:00 88 0

Qəbələ UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

Goal.az-ın məmulatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv ilkin mərhələnin cavab matçında Kipr APOEL-ini qəbul edəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşmanı ukraynalı referi Denis Şurman idarə edəcək. Komandalar arasında Nikosiyadakı matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Əyalət təmsilçisi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək. İspaniyadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıb - 1:0.

Reqlamentə əsasən, Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Çempionlar Yolunda I mərhələnin oyunları oktyabrın 2-də və 24-də, II raundun görüşləri isə noyabrın 6-da və 27-də olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11-12 fevralda, 1/8 final matçları 3-4 martda, 1/4 final görüşləri isə 17-18 martda keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də İsveçrənin Nyon şəhərində baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək.

Qeyd edək ki, “Qəbələ” üçüncü dəfədir UEFA Gənclər Liqasında çıxış edir. “Qırmızı-qaralar” 2016/2017 və 2018/2019 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatılıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"i iki oyunun nəticəsində məğlub edilib - 1:1, 3:1. Lakin II raundda "qırmızı-qaralar" Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

24 oktyabr

14:00. “Qəbələ” – APOEL (Kipr)

Baş hakim: Denis Şurman

Baş hakimin köməkçiləri: Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna)

Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan)

UEFA nümayəndəsi: Amir Navon (İsrail)

Hakim-inspektor: Frits Ştuxlik (Avstriya)

Qəbələ şəhər stadionu

İlk oyun – 1:1

Bakıda hamını təəccübləndirən FOTO... like
  • 24 Okt 13:16  
Digərləri Bakıda hamını təəccübləndirən FOTO...

Paytaxta LPG qazlarının saxlanması üçün unikal böyüklükdə qurğu gəti

arrow Ətraflı
Bakı Taxıl Terminalı taxıl aşırma həcmini açıqlayıb like
  • 24 Okt 13:15  
Digərləri Bakı Taxıl Terminalı taxıl aşırma həcmini açıqlayıb

2017-ci ilin oktyabrından 2019-cu ilin ortalarınadək Bakı Taxıl Terminalın

arrow Ətraflı
"Azərsu" "skoç"la boru bərpa edir? like
  • 24 Okt 13:12  
Digərləri "Azərsu" "skoç"la boru bərpa edir?

Su borusunun "skoç"la bərpa olunması məsələsinə "Azərsu&q

arrow Ətraflı
Ruhani Azərbaycana səfərə gəlib  FOTO like
  • 24 Okt 13:10  
Siyasət Ruhani Azərbaycana səfərə gəlib FOTO

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatın

arrow Ətraflı
Xalq Bank III rübü uğurla başa vurdu like
  • 24 Okt 13:10  
Digərləri Xalq Bank III rübü uğurla başa vurdu

2019-cu ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin

arrow Ətraflı
"Ermənistanın qeyrikonstruktiv mövqeyi səbəbindən danışıqlarda irəliləyiş əldə olunmur"  FOTO like
  • 24 Okt 13:07  
Siyasət "Ermənistanın qeyrikonstruktiv mövqeyi səbəbindən danışıqlarda irəliləyiş əldə olunmur" FOTO

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşu

arrow Ətraflı
Ruhani: "İranın Azərbaycanla münasibətləri ötən 6 il ərzində çox yaxınlaşıb" like
  • 24 Okt 13:06  
Siyasət Ruhani: "İranın Azərbaycanla münasibətləri ötən 6 il ərzində çox yaxınlaşıb"

Dost və qonşu Azərbaycanla münasibətlər İran üçün xüsusi əhəmiyyət

arrow Ətraflı
BŞBPİ: Qanunsuz aksiyanın qarşısını alan polislərin işdən azad olunması yalandır like
  • 24 Okt 13:04  
Digərləri BŞBPİ: Qanunsuz aksiyanın qarşısını alan polislərin işdən azad olunması yalandır

Bakı Şəhər Baş Polis İdarəsi Bakıda qanunsuz aksiyaya cəhdin qarşısı

arrow Ətraflı
Avtobuslar qış rejiminə keçirlər like
  • 24 Okt 13:03  
Digərləri Avtobuslar qış rejiminə keçirlər

Avtobuslar qış rejiminə hazırlıq üçün qarajlarda xüsusi nəzarətdən k

arrow Ətraflı
İran Prezidenti Həsən Ruhani Azərbaycana səfərə gəlib like
  • 24 Okt 13:01  
Digərləri İran Prezidenti Həsən Ruhani Azərbaycana səfərə gəlib

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatın

arrow Ətraflı
Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır like
  • 24 Okt 12:57  
Digərləri Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti

arrow Ətraflı
Bir neçə aydan sonra TAPın qazla təchizatı başlayacaq like
  • 24 Okt 12:54  
Digərləri Bir neçə aydan sonra TAPın qazla təchizatı başlayacaq

Bir neçə aydan sonra Trans-Adriatik qaz boru kəmərinə (TAP) qazın doldurul

arrow Ətraflı
Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb (FOTO) like
  • 24 Okt 12:42  
Digərləri Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb (FOTO)

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərə

arrow Ətraflı