Ən yaxşı qapıçı adına son 10 namizəd


İdman 22 Okt 2019 14:19:00 344 0

Ən yaxşı qapıçı adına son 10 namizəd

Fransanın “France Football” nəşri 2019-cu il üçün Lev Yaşin mükafatına namizədləri açıqlayıb.

Goal.az-ın məlumatına görə, bu ada braziliyalı Alisson Bekker (Liverpool, İngiltərə), ispaniyalı Yan Oblak (Atletico, Sloveniya), almaniyalı Manuel Noyer (Bayern Munich, Almaniya), braziliyalı Ederson (Manchester City, İngiltərə), sloveniyalı Samir Handanoviç (İnter, İtaliya), ispaniyalı Kepa Arrisabalaqa (Chelsea, İngiltərə), fransalı Uqo Lyoris (Tottenham, İngiltərə), kamerunlu Andre Onana (Ajax, Hollandiya), polşalı Voytsex Şesnı (Juventus, İtaliya) və almaniyalı Mark-Andre ten Şteqen (Barcelona, İspaniya) iddia edirlər.

Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə olacaq.