Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdılar - VİDEO


İdman 22 Okt 2019 11:29:00 323 0

Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdılar - VİDEO

Meksika çempionatında Atletico San Luis – Queretaro oyunu 85-ci dəqiqədə təxirə salınıb.

Goal.az xəbər verir ki, buna səbəb komandaların azarkeşləri arasında dava düşməsidir. Hər iki komandanın futbolçuları qarşıdurma yaradan azarkeşləri sakitləşdirməyə çalışıb. Ancaq daha sonra fanatlar meydana daxil olaraq, oyunçulara hücum etməyə başlayıblar. Futbolçular isə hücumlardan qorunmaq üçün meydançadan qaçıblar.

Bu səbəbdən 85-ci dəqiqədə dayandırılan qarşılaşma təxirə salınıb. Həmin vaxt  Keretaro 2:0 hesabı ilə öndə olub.