Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı


İdman 21 Okt 2019 13:30:00 389 0

Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, 32 yaşlı hakim Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Ludogorets - Espanyol qarşılaşmasını idarə edəcək. Bolqarıstanın Razqrad şəhərində oynanılacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Bu görüş qrup liderliyi baxımından əhəmiyyətlidir. Hazırda birinci olan Ludogorets-in 6, 2-ci sıradakı Espanyol-un isə 4 xalı var.

Qeyd edək ki, oyun oktyabrın 24-də "Ludoqorets Arena"da keçiriləcək