Paxtakor-un futbolçusu Azərbaycan millisində


İdman 18 Okt 2019 12:16:00 345 0

Paxtakor-un futbolçusu Azərbaycan millisində

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.

Goal.az xəbər verir ki, komanda oktyabrın 18-dən 22-dək Bakıda, oktyabrın 22-dən 25-dək Moldovada hazırlıq keçəcək.

Bu müddətdə U-16 oktyabrın 23-də saat 16:00-da və oktyabrın 25-də saat 13:00-da Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunları keçirəcək. Toplanışa 27 futbolçu dəvət edilib.

U-16-nın heyəti: Ərtoğrul Quliyev, Vasif Faracov, Nəriman Axundzadə, Nahid Tanrıverdiyev, Amin Qarayev (hamısı "Qarabağ"), Rəhman Məmmədov, Ruhid Mustafayev (hər ikisi "Sumqayıt"), Nicat Quliyev, Xəyal Əliyev (hər ikisi "Səbail"), Bayram Nacafəliyev ("Paxtakor", Özbəkistan), Qurban Səfərov, Nihad Şirinzadə, İftixar İbrahimov (hamısı "Keşlə"), Fariz Xeyrullayev, Ağadadaş Salyanski (hər ikisi "Neftçi"), Turqut Mustafazadə, Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev (hamısı "Sabah"), İxtiyar Məmiyev, Emil Süleymanov, Fərid Kələntərov, Nuğay Rəşidov, Namiq Şamilov, İbrahim Ramazanov, Sərxan Mirzəzadə, Məmməd Muradov (hamısı "Qəbələ"), Mahmud Ağayev ("Zirə").