Manchester United-in 6 futbolçunu heyətə qatmaq istəyir


İdman 17 Okt 2019 17:21:00 384 0

Manchester United-in 6 futbolçunu heyətə qatmaq istəyir

İngiltərənin Manchester United-i klubu növbəti 2 transfer pəncərəsi planları barədə qərarını verib.

Goal.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" iki hücumçu, 2 mərkəz yarımmüdafiəçisi, mərkəz və sol cinah müdafiəçisi ilə birlikdə 6 oyunçu almaq istəyir.

Hücumçu ampluasına Mario Mancukiç (Juventus) və Fransa Mussa Dembele (Lyon), yarımmüdafiəçi mövqeyinə isə Saul Nyiges (Atletico) və Ceyms Meddison (Leicester) əsas namizəddir. Müdafiə möqveyindəki oyunçuların kimliyi isə açıqlanmayıb. Bildirilir ki, bu transferlər həm qış, həm də yay transfer pəncərəsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Manchester United hazırda Premyer Liqada 9 xalla 12-ci pillədə qərarlaşıb.