UEFA A seriyası klubunu cəzalandırdı


İdman 16 Okt 2019 13:14:00 325 0

UEFA A seriyası klubunu cəzalandırdı

UEFA Lazio klubunu cəzalandırıb.

Goal.az xəbər verir ki, buna səbəb İtaliya klubunun Avropa Liqasının qrup mərhələsində Rennes-lə keçirdiyi oyunda azarkeşlərin irqçi şüarlar səsləndiriblər. Buna görə, qitə futbol qurumu Lazio-nun növbəti ev oyunu zamanı tribunaların qismən bağlatdırılmasına qərar verib. mFanatların ən fəal olduğu 4 tribuna boş saxlanılacaq. İtalyanlar eyni hadisəni təkrarlasalar, o zaman daha sərt sanksiya tətbiq ediləcək.

Qeyd edək ki, Lazio - Rennes oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Komandanın növbəti ev matçı noyabrın 7-də Celtic-ə qarşı olacaq.