Fernando Torres haqda sənədli film çəkiləcək


İdman 15 Okt 2019 18:25:00 355 0

Fernando Torres haqda sənədli film çəkiləcək

Goal.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. “Amazon”, “Atsresmedia” və “Libero” jurnalının birgə layihəsi olan filmdə Joze Mourinyo, Rafael Benites, Andres İnyesta, Stiven Cerrard, Dieqo Simeone kimi mütəxəssislər də iştirak edəcək. Filmin yayımlanacağı vaxt bilinmir.

İspaniya millisinin sabiq üzvü Fernando Torres haqda sənədli film çəkiləcək.

2000-ci ildə Atletico ilə müqavilə imzalayan Torres, 2007-ci ildə 38 milyon avro qarşılığında Liverpool-a keçib. 4 mövsüm Mersisayd təmsilçisində çıxış edən hücumçu, 2011-ci ildə 58,5 milyon avro müqabilində Chelsea-yə üz tutub. Chelsea-dən sonra bir müddət Milan-da icarə əsasında çıxış edən Torres, 2016-cı ildə Atletico-ya qayıdıb. “Körpə” ləqəbli hücumçu 2018-ci ilin yayında Yaponiyanın Sagan Tosu klubuna transfer olunub.

İspaniya millisində 110 dəfə forma geyinən Torres, yığmada 38 qola imza atıb.