Real ÇL-nin tarixinə düşən futbolçu ilə maraqlanır


İdman 11 Okt 2019 17:18:00 372 0

Real ÇL-nin tarixinə düşən futbolçu ilə maraqlanır

İspaniyanın Real Madrid klubu Avstriya Salzburg-unda çıxış edən Erlinq Holandla maraqlanır.

Goal.az AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi bu il Çempionlar Liqasında debüt edən 19 yaşlı hücumçunu yaxından izləyir.

Qeyd edək ki, Holand Çempionlar Liqasının qrup mərhələsinin I turunda Belçika Genk-ini 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. O, bu mövsüm 11 oyuna 18 qol vurmağı bacarıb. Norveçli forvard 20 yaşadək futbolçular arasında dünya çempionatında Hondurası 12 cavabsız qolla məğlub etdikləri görüşdə 9 qolun müəllifi olub.