Boks üzrə dünya çempionu ağır qəzaya düşdü - VİDEO


İdman 11 Okt 2019 12:49:00 287 0

Boks üzrə dünya çempionu ağır qəzaya düşdü - VİDEO

IBF və WBC versiyaları üzrə yarım-orta çəki dərəcəsində dünya çempionu Errol Spens ağır avtomobil qəzası keçirib.

Goal.az-ın “The Mirror”a istinadən məlumatına görə, amerikalı boksçu ciddi xəsarət alıb. Hadisə yerinə yetişən polislər bildirib ki, Spens ağır vəziyyətdə hospitala çatdırılıb.

Qəzaya səbəb Spensin idarəetməni itirməsi olub. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. İdmançının təhlükəsizlik kəməri bağlı olmayıb.

Həkimlər Spensin sağ qalacağını bildirsələr də, onun idman karyerasını davam etdirib-etdirməyəcəyi sual altındadır.

Xatırldaq ki, Spens peşəkar rinqdə keçirdiyi bütün 26 görüşdən qalib ayrılıb.