Arılar futbolçulara hücum etdilər, oyun dayandırıldı - VİDEO


İdman 08 Okt 2019 09:35:00 331 0

Arılar futbolçulara hücum etdilər, oyun dayandırıldı - VİDEO

Braziliya A Seriyasının 23-cü turunun San-Paulo - Fortalesa oyununda maraqlı hadisə baş verib.

Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, matçın gedişində arılar futbolçulara hücum edib. Künc bayraqlarından birinin üstünə toplaşan həşəratlar bir neçə oyunçunu sancıb. Arıların qəzəbinə tuş gələnlərdən biri də meydan sahiblərinin müdafiəçisi Dani Alveş olub.

Futbolçular görüşün baş hakiminə məlumat verdikdən sonra oyun müvəqqəti olaraq dayandırılıb. Qonaq komandanın oyunçularından biri futbolkası ilə sifətini örtərək, künc bayrağına yaxınlaşıb və onu meydançadan çıxarıb. Yalnız bundan sonra matçı davam etdirmək mümkün olub.

Qeyd edək ki, görüş San-Paulo-nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.