Manchester United-ə 5-6 yeni futbolçu lazımdır - Qari Nevill


İdman 07 Okt 2019 19:20:00 344 0

Manchester United-ə 5-6 yeni futbolçu lazımdır - Qari Nevill

Manchester United-in sabiq futbolçusu, hazırda televiziyada ekspert kimi çalışan Qari Nevill komandanın hazırkı durumu ilə bağlı danışıb.

Goal.az xəbər verir ki, Nevill klub rəhbərliyinin heyətə yeni futbolçular cəlb etməli olduğunu bildirib. O, komandanın uğursuz çıxışına görə direktorlar şurasının məsuliyyət daşıdığını vurğulayıb:

"MU evdən kənarda keçirilən oyunlarda qələbə ruhuna sahib olmur. Onlar imkan verirlər ki, oyun sakit ritmdə getsin. Komandanın daxilində durum yaxşı deyil. Geriyə addım atılıb. Bu komandaya 5-6 yeni futbolçu lazımdır. Buna görə də xeyli vəsait xərcləmək lazımdır. Hər şeyə görə direktorlar şurası cavabdehlik daşıyır. Pis heyət seçimin, pis məşqçilər korpusuna, sonra da onların qovulmasına görə. MU haqq etdiyi cəzanı alır”.

Manchester United 9 xal toplayaraq turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.