Bayern Munich Koutinyonu transfer edir


İdman 03 Okt 2019 13:33:00 282 0

Bayern Munich Koutinyonu transfer edir

Bayern Munich yay fasiləsində Barcelona-dan icarəyə götürdüyü Filipp Koutinyo barədə qərarını verib.

Goal.az-ın məlumatına görə, Münhen təmsilçisi braziliyalı ulduz futbolçunu birdəfəlik transfer etməyə hazırlaşır.

"Sambaçı"nın mövsümün əvvəlindəki performansından məmnun qalan almanlar Barcelona ilə anlaşmaya sadiq qalacaq. Belə ki, onlar 120 milyon avroluq təzminatı ödəməyə razılıq verib. La Liqa klubu ilə 2023-cü ilə qədər müqaviləsi olan Koutinyo tezliklə Bundesliqa çempionuna transfer olunacaq.

Qeyd edək ki, Filipp Koutinyo bu mövsüm meydana çıxdığı 7 oyunda 2 qol, 3 assistlə yadda qalıb.