Poçettino üçün 32 milyon funt-sterlinq təzminat ödəyəcəklər


İdman 27 Sen 2019 16:55:00 229 0

Poçettino üçün 32 milyon funt-sterlinq təzminat ödəyəcəklər

Manchester United baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır. 

Goal.az xəbər verir ki, cari mövsümə uğursuz start verən “qırmızı şeytanlar” Ola Qunnar Sulşeri  Tottenham-in baş məşqçisi Mauritsio Poçettino ilə əvəzləməyə hazırlaşır. Klub rəhbərliyi hətta Poçettinonun London təmsilçisindən erkən ayrılığı üçün 32 milyon funt-sterlinqlik təzminatını da ödəməyə hazırdır.

Mançesterlilər Premyer Liqada 6 turdan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb. Tottenham isə yeni mövsümə  uğurlu başlamayıb. 

Argentinalı mütəxəssis Tottenhem-i altıncı mövsümdür çalışdırır. 47 yaşlı məşqçi ötən il komandanı Çempionlar Liqasının finalına çıxarıb.