Neymar Barselonaya getdi


İdman 27 Sen 2019 13:52:00 267 0

Neymar Barselonaya getdi

Fransanın PSG futbol komandasının hücumçusu Neymar Katalon klubu tərəfindən pul bonuslarının ödənilməməsi ilə bağlı iş üzrə məhkəmə iclasında iştirak etmək üçün Barselonaya gedib.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu ilə birlikdə İspaniyaya onun atası da gedib.

Neymar Paris klubuna transferdən əvvəl 40 milyon avronu komandadan almayıb. Kataloniyalılar ona cəmi 14 milyon avro ödəyiblər. İndi braziliyalı məhkəmə vasitəsilə ödənilməmiş məbləğı, həmçinin 10% kompensasiyanı almaq niyyətindədir.

Barcelona nümayəndələrinin fikrincə, Neymar müqavilə şərtlərini pozub və 75 milyon avronu qaytarmağa çalışır.