UEFA millimizin rəqibinə verdiyi cəzanı yüngülləşdirdi


İdman 27 Sen 2019 11:38:00 338 0

UEFA millimizin rəqibinə verdiyi cəzanı yüngülləşdirdi

UEFA Apellyasiya Komitəsi Slovakiya millisinə qarşı cəzanı yüngülləşdirib.

Goal.az-ın məlumatına görə, bu ölkənin oktyabrın 10-da Uelslə ev oyununun azarkeşsiz keçirilməsinə dair qərar ləğv olunub. Üstəlik, Slovakiya Futbol İttifaqına kəsilmiş cərimə 20 min avrodan 15 min avroya endirilib.

Cəzaya sentyabrın 9-da Macarıstanla səfərdə keçirilmiş AVRO-2020-nin seçmə oyunu zamanı slovakiyalı azarkeşlərin siyasi təxribat xarakterli mesajları səbəb olub. Həmin görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, daha əvvəl Slovakiya ilə görüşdə azarkeşlərinin irqçi davranışları üzündən Macarıstanın oktyabrın 10-da Azərbaycan yığması ilə ev oyununu azarkeşsiz keçirməsinə qərar verilib.(report)