FİFA Salaha verilən səslərin nəzərə alınmama səbəbini açıqladı


İdman 26 Sen 2019 16:51:00 313 0

FİFA Salaha verilən səslərin nəzərə alınmama səbəbini açıqladı

FIFA Liverpool-un (İngiltərə) və Misir millisinin futbolçusu Məhəmməd Salahın ilin ən yaxşı futbolçusu nominasiyasındakı səslərinin nəzərə alınmamasına aydınlıq gətirib.

Goal.az verir ki, FIFA səslərin etibarsız hesab olunmasına 2 səbəb göstərib: "İmzalar böyük hərflərlə yazılıb, bu səbəbdən etibarsız sayılıb. Digər tərəfdən, vərəqələrdə federasiyanın baş katibinin imzası yox idi". 

FIFA Misir Futbol Federasiyasından səslərin təsdiqlənməsini istədiklərini və düzgün doldurulmuş formaların avqustun 19-dək təqdim oluna biləcəyini iki dəfə xatırlatdığını da qeyd edib.

Daha əvvəl Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç və Nikaraqua yığmasının kapitanı Xuan Barrera Messiyə səs vermədiklərini deyiblər. FİFA isə hər 2 ittihamı rədd edib.

Xatırladaq ki, Lionel Messi ilin ən yaxşı futbolçusu seçilib.