Qarabağ-ın qapıçısı zəiflər siyahısında


İdman 25 Sen 2019 18:00:00 291 0

Qarabağ-ın qapıçısı zəiflər siyahısında

Qarabağ-ın Bournemouth-dan icarəyə götürdüyü Asmir Beqoviç ötən mövsümün ən zəif qapıçıları arasında göstərilib.

Goal.az xəbər verir ki,  İspaniyanın məşhur "Marca" nəşrinin keçirdiyi sorğunun nəticələrinə əsasən,  Bosniya və Herseqovina millisinin sabiq üzvü ilə yanaşı, siyahıda Beşiktaş-ın Liverpool-dan icarəyə götürdüyü Loris Karius və müqavilə ilə Real Sociedad-a məxsus olan Ceronimo Rullinin də adı var. Sonuncu bu yay Fransa Montpellier-inə icarəyə verilib.

Sorğuda mövqelər üzrə ən zəif oyunçu adı uğrunda isə Ştefan Lixtştayner, Fil Cons, Şkodran Mustafi, Renato, Filippe Koutinyo, Fred, Kuinsi Promes, Aleksis Sançes və Kristian Atsu "mübarizə aparır".