Liverpool rekord müqaviləyə hazırlaşır


İdman 24 Sen 2019 17:00:00 299 0

Liverpool rekord müqaviləyə hazırlaşır

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” ABŞ şirkəti ilə razılığa gəlməyə yaxındır. Klubla şirkətin razılığa gələcəyi halda, imzalanacaq müqavilənin İngiltərə üçün rekord məbləğdə olacağı bildirilir.

“Nike” şirkəti İngiltərənin Liverpool klubunun texniki sponsoru ola bilər.

Mersisayd təmsilçisinin hazırkı sponsoru "New Balance"la müqaviləyə görə, klub bir mövsüm üçün 45 milyon funt-sterlinq qazanır. Müqavilənin müddəti 2020-ci ilin iyununa qədər nəzərdə tutulub.

İngiltərə Premyer Liqasındakı ən yüksək ödənişli müqavilə “Adidas” şirkəti ilə Manchester United arasındadır. Bu müqaviləyə görə, “qırmızı şeytanlar” bir mövsüm üçün 75 milyon funt-sterlinq qazanır.