Koutinyo 5-ci oldu


İdman 23 Sen 2019 13:26:00 257 0

Koutinyo 5-ci oldu

Bayern Munich Almaniya Bundesliqasının V turunda Köln-ü məğlub edib - 4:0.

Goal.az xəbər verir ki, bu oyun Filipp Koutinyo üçün əlamətdar olub. Oyunda penaltidən fərqlənən braziliyalı futbol tarixində Avropanın 4 böyük liqasında fərqlənən 5-ci futbolçu olub. Braziliya millisinin üzvü daha əvvəl Liverpool-la İngiltərə Premyer Liqasında, Barcelona ilə İspaniya La Liqasında, İnter ilə də İtaliya A seriyasında fərqlənib.

Xatırladaq ki, Bayern Munich Koutinyonu yay fasiləsində Barcelona-dan icarəyə götürüb.