Valverdenin Barcelona-da taleyi 2 oyundan asılıdır


İdman 23 Sen 2019 12:00:00 243 0

Valverdenin Barcelona-da taleyi 2 oyundan asılıdır

Barcelona futbol klubunun baş məşqçisi Ernesto Valverde istefaya göndərilə bilər.

Goal.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, əgər Messi və komanda İspaniya çempionatının iki ən yaxın matçında - Villarreal-la evdə, Getafe ilə səfər oyununda xal itirsə, baş məşqçi tutduğu vəzifədən kənarlaşdırılacaq.

Kataloniya klubu Valverdenin rəhbərliyi altında 4 mükafat qazanıb. Bunlardan ikisi ölkə yarışı - İspaniya Kuboku və Superkubokunda əldə edilib. Klub Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinə yüksəlib.