Liverpool Maneyə yeni müqavilə təklif etdi


İdman 19 Sen 2019 17:36:00 289 0

Liverpool Maneyə yeni müqavilə təklif etdi

Liverpool futbolçusu Sadio Maneyə yeni müqavilə təklif edib.

Goal.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 27 yaşlı hücumçu ilə müqavilənin müddətini 2025-ci ilin iyununa kimi uzatmaq istəyir. Seneqallı oyunçu bu təklifi qəbul edəcəyi təqdirdə, illik maaşı 13 milyon avro olacaq.

Qeyd edək ki, Mane bu mövsüm 7 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib.